“Neftçi”nin qadın futbolçulardan ibarət komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

"Unikal" xəbər verir ki, “ağ-qaralar” dördüncü qrupda Türkiyənin “Fomget” kollektivi ilə qarşılaşıb.

Albaniyanın paytaxtı Tiranadakı “House of Football Natural Pitch” stadionunda keçirilən görüş rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Fomget” finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək.