Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları keçirilir.

"Unikal" xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi Berlin “Dinamo”su evdə “Rot-Vays Erfurt”la qarşılaşıb.

"Dinamo" matçda 2:3 hesabı ilə uduzub. Rüfət də bu oyunda iştirak edib. 34 yaşlı hücumçu Dadaşov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, hazırda "Dinamo" sıralamada 0 xalla 15-cidir.