Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Azərbaycana yola salınıb.

"Unikal" xəbər verir ki, Ukraynanın müxtəlif bölgələrindən 30 ukraynalı uşaq Moldovanın paytaxtı Kişineuya göndərilib. Azərbaycanın Moldovadakı səfirliyinin əməkdaşları ukraynalı uşaqları qarşılayaraq onları Bakıya yola salıblar.

Müxtəlif yaş qrupundan olan 30 ukraynalı uşaq reabilitasiya və psixoloji bərpa məqsədilə Azərbaycanda müvafiq proqramlarda iştirak edəcək.

Qeyd edək ki, indiyədək 300-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib. Bu il ərzində yeni qrupların da Azərbaycana göndəriləcəyi planlaşdırılır.