UEFA Çempionlar Liqası çərçivəsində bu gün baş tutacaq “Qarabağ” - “Şkendiya” görüşündən öncə maraqlı anlar yaşanıb.

"Unikal" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabiq futbolçusu Muarem Muaremlə görüşüb. Q.Qurbanov keçmiş oyunçusunun çəki almasını görərək “bu nədir, ə?” deyərək ona sual verib.

Muarem isə cavabında 4 ildir futbol oynamadığını bildirib.