"Şkendiya"nın baş məşqçisi Jeton Beqiri Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Qarabağ"a uduzduqları matçı (0:1) şərh edib.
"Unikal" xəbər verir ki, mütəxəssis Bakıdakı cavab görüşündə yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib:
"Utanılacaq hesabla məğlub olmadıq. Rəqib komanda yalnız 1:0 hesabı ilə öndədir. Bakıda yaxşı nəticə qazanmağa çalışacağıq. Bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümüzü bildiririk. Hər il avrokubokların qrup mərhələsində çıxış edən komandaya qarşı başa-baş mübarizə apardıq. Futbolçularımız bu qarşılaşmada var gücləri ilə oynadılar. Oyunda fərqlənmək üçün bir neçə şansımız oldu. Komandada əhval-ruhiyyə yüksəkdir".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.