ABŞ-nin Arizona ştatında xəstələrin daşınması üçün istifadə edilən kiçik təyyarənin qəzaya uğrayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  hadisə nəticəsində 4 nəfər ölüb.

Məlumata görə, təyyarədə iki pilot və iki tibb işçisi olub. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) təyyarənin "Beechcraft" tipli olduğunu və qəza ilə bağlı araşdırmaya başlanıldığını bildirib.