"5 ayda 5 müharibəni dayandırdım. İranı da saymıram. Rusiya və Ukraynanın 6-cı olmasını istəyirəm". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Lakin Amerika lideri müharəbə edən ölkələrin adını açıqlamayıb. 

Tramp həmçinin, "İsrail humanitar yardımın paylanmasına kömək edəcək, ərəb ölkələri isə maddi dəstək verəcək. Bu, mənim diqqətimdədir. Qəzzada müharibənin davam etdirilməsinə gəlincə, bu, İsrailin işidir", - deyib. 

Gülayə Mecid