"İtaliya hökuməti mövcud status-kvonu Dağlıq Qarabağ münaqişəsinin həlli variantı saymır"
15:33 14-09-2013
CƏMİYYƏT
"İtaliya hökuməti mövcud status-kvonu Dağlıq Qarabağ münaqişəsinin həlli variantı saymır"
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillon, Azərbaycan və İtaliya arasında ikitərəfli əlaqələrin durumu ilə bağlı açıqlama verərək bildirib ki, İtaliyanın Azərbaycanda səfiri təyin olunmağımı böyük ruh yüksəkliyi ilə qarşıladım. İtaliyanın böyük populyarlıq qazandığı və bütün səviyyələrdə böyük rəğbət qazandığı bir ölkədə fəaliyyət göstərmək şəxsən mənim üçün böyük şərəfdir.
Ölkələrimiz mədəniyyətə olan dərin sevgini bölüşürlər və öz qədim mədəni kökləri ilə fəxr edirlər. Hesab edirəm ki, bu artıq bütün sahələrdə bizim yüksək ikitərəfli əlaqələrimizi izah edir. Bu əlaqələr İtaliya Nazirlər Şurasının prezidenti Enriko Lettanın bu yaxınlarda Bakıya səfərindən sonra yüksək səviyyəyə çatıb:-“ Biz, şübhəsiz, ticarət və iqtisadi əməkdaşlığı, həmçinin müvafiq biznes icmalarımız arasında qarşılıqlı əlaqələri gücləndirməyə sadiqik.
Bu gün enerji sahəsi bizim tərəfdaşlığımızda vacib mərhələdir. İtaliya Azərbaycanın ilk ticarət partnyoru olub. Prezident İlham Əliyev və Baş nazir Enriko Letta avqustda iqtisadi əlaqələrimizin yüksək səviyyəsini qiymətləndirən, xüsusilə də enerji və qaz sektoru, bərpa olunan enerji, neft və neft-kimya sənayesində tərəfdaşlığımızın inkişafına yönələn növbəti addımların öz əksini tapdığı "Enerji əməkdaşlığına dair Birgə Bəyannamə" qəbul ediblər.
Bundan əlavə, İtaliya "nou-hau" və texnologiyalarına görə, eləcə də yüksək həyat tərzinə görə dünyada nüfuza malikdir. Həmçinin, italyan brend və dizaynının Bakıda təzahürünü nəzərə alsaq, daha geniş əməkdaşlıq üçün böyük potensialın olduğuna əminəm.Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla bu yaxınlarda keçirilən görüşlərimdə aidiyyəti nazirlər və həmkarlarla əməkdaşlığın bütün mümkün sahələrini tədqiq etmək üçün güclü stimul aldım.Biz bu kontekstdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi diversifikasiya prosesində iştirak etməyə böyük maraq göstərən İtaliyanın Sənaye Konfederasiyasından (CONFINDUSTRIA) və İtaliyanın Tikinti Şirkətləri Assosiasiyasından (ANCE) olan biznes missiyasının noyabrda Bakıya işgüzar səfəri üzərində çalışırıq.
Eyni zamanda, hər iki tərəfin bu ilin sonuna kimi Birgə İqtisadi Komissiyanın növbəti görüşünün Bakıda keçirilməsi öhdəliyi var. Ümumilikdə, turizm və mədəniyyət, elm, incəsənət və texnologiya sahələrində sıx əlaqələrin inkişafı üçün Azərbaycanda italyan dilinin və mədəniyyətinin yüksək təbliği, vətəndaş cəmiyyətləri və universitetlər arasında mübadilə, xalqlar arasındakı əlaqələr vasitəsilə daha çox inkişaf edən və hərtərəfli tərəfdaşlığın təşviqini istəyirik. İtaliya azad iqtisadiyyat və rəqabətli bazardır və sözsüz ki, ölkəmə Azərbaycan sərmayələrinin yatırılması alqışlanılan haldır. Xarici sərmayələrin cəlb edilməsi xarici investorlar üçün hər zaman daha cəlbedici və dostluq mühitinin yaradılmasına sadiq qalan İtaliya hökumətinin əsas prioritetidir.
Ümumiyyətlə, mən İtaliya ictimaiyyətinin Azərbaycan haqqında daha çox biliklərinin olmasına öz töhfəmi verməyi çox istərdim. Bakıya gəlməmişdən öncə, iyul ayında ailəmlə birlikdə ziyarət etdiyim Venesiya Biennalesində gözəl Azərbaycan pavilyonuna heyran olmuşdum. Əminəm ki, İtaliya üçün qarşıdakı illərdə əsas prioritet olan "Milan EXPO 2015"-ə Azərbaycan da öz vacib və strateji töhfəsini verəcək”. Səfir həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı fikirlərini bildirərək deyib ki, İtaliya "Şərq Tərəfdaşlığı" çərçivəsində Azərbaycanın Avropa institutları ilə yaxınlaşmasına yönələn səylərini dəstəkləyir. İtaliyanın 2014-cü ilin ikinci yarısında Avropa İttifaqına sədrliyi bizə Aİ-Azərbaycan münasibətlərini gücləndirmək üçün daha bir imkan verəcək.Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, İtaliya hökumətinin mövqeyi bəllidir: mövcud status-kvo münaqişənin həlli variantı deyil və bu uzunmüddətli münaqişənin həlli regionda sülhə və təhlükəsizliyə tarixi töhfə verə bilər. Bu səbəbdən də İtaliya münaqişənin davamlı həllinə nail olmaq üçün ən əlverişli format olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir.Bir məsələni də əlavə etmək istərdim: uzunmüddətli münaqişələr heç kimin maraqlarına cavab vermir. Onlar iqtisadi fəaliyyəti və sərmayələri zəiflədir. Onlar yerli əhali arasında qorxu və qeyri-müəyyənliyi əbədiləşdirir. Buna görə də bu münaqişələri aradan qaldırmaq üçün işləmək hər bir hökumətin, hər bir liderin və hər bir vətəndaşın marağındadır.
Region xalqlarının uzunmüddətli maraqlarına uyğun hərəkət etmək və beynəlxalq hüquq prinsipləri və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında münaqişənin balanslı, ədalətli həllini tapmaq üçün cəsarətli siyasi liderlik tələb olunur.
Alı
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10