İngiltərənin “Tottenhem” komandası ciddi itki ilə üzləşib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisinin əsas heyət üzvlərindən biri - Ceyms Meddison sıradan çıxıb.

28 yaşlı yarımmüdafiəçi ön çarpaz bağından zədə alıb.

Əməliyyat olunacaq ingiltərəli oyunçunun yeni mövsümün böyük hissəni buraxmaq ehtimalı var.