Ağstafada iki nəfəri avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qarahəsənli kəndində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1994-cü il təvəllüdlü X.Mustafayevi və 1990-cı il təvəllüdlü A.İsmayılovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyadalar xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs hadisə vaxtı sərxoş olub. Faktla bağlı araşdırma aparılır