Çinin Beihai şəhərində elektromobilə ard-arda üç dəfə ildırım düşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sürücü möcüzə nəticəsində sağ qalıb.

Hadisədən dərhal sonra texniki işçilər avtomobilə baxış keçirib və elektrik stansiyasının əsas hissələrinin zədələnmədiyi qənaətinə gəliblər. Qısaqapanma əlamətləri də aşkar edilməyib.