Abşeron rayonunun Məmmədli kəndində ev və avtomobil yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Məmmədli kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli 4 otaqlı evin bir otağının yanar konstruksiyaları 40 m² sahədə, evə bitişik sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.