"Hər hansı ərazini Rusiyaya verməkdən imtina edən Ukraynanın prinsipial mövqeyi real deyil".

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti yazıb. 

"Kiyevin heç bir ərazinin verilə bilməyəcəyi ilə bağlı mövqeyi prinsipialdır, lakin eyni zamanda hazırkı vəziyyət nəzərə alınmaqla qeyri-realdır. Əsas fərq ərazinin de-fakto və de-yure verilməsindədir", - nəşrin bəyanatında deyilir.

Xatırladaq ki, avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür.