Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən “Kamaz” markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamilov Şöhrət Gülmirzə oğlu stasionar postda xidmət aparan YPX əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirmişdir.
"Unikal" xəbər verir ki, qısa müddət ərzində Yol Patrul Xidməti əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılmışdır.
Yoxlama zamanı sürücünün həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən edilmişdir.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə və yollarda təhlükəsizliyi qorumağa çağırır.