“BakıKart”ın QR-la ödəniş sistemində texniki çətinlik müşahidə olunub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən işlər aparılıb və qısa müddətdə aradan qaldırılıb.