Rusiya ABŞ prezidenti Donald Trampın təklif etdiyi Zəngəzur dəhlizində keçən “Tramp yolu” layihəsinin təfərrüatlarını öyrənəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin (DİP) direktor müavini Aleksey Fadeyev məlumat verib.
“Rusiya Xarici İşlər Nazirliyi, hələlik ictimaiyyətə açıqlanmayan layihənin təfərrüatlarını öyrənəcək”, - o, brifinq zamanı bildirib.
Fadeyev qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli razılaşmaları aktuallığını saxlayan sənədlər hesab edir və tərəflərin heç biri bu razılaşmalardan çıxmaq niyyətini açıqlamayıb.