"Sabah" komandası bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

"Unikal" xəbər verir ki, Bakı təmsilçisi Masazırdakı "Bank Respublika Arena"da Bolqarıstanın "Levski" klubu ilə qarşılaşacaq. Ukraynalı baş hakim Mikola Balakinin idarə edəcəyi görüş saat 20:00-da start götürəcək.

Sofiyadakı ilk qarşılaşmada meydan sahibləri minimal hesablı qələbə qazanıblar. Bu cütün qalibi pley-off mərhələsində "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsünü sınağa çəkəcək.