Şabranda iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində fındığ yığmaga gedən fəhlələri aparan "Ford" və "Chevrolet” markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində xəsarət alan şəxslər Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır. 

Asiman Qaraca