Polşa prezidenti Karol Navroçki BMT Baş Assambleyasının zalında "snus" (tütün məhsulu) istifadə etməkdə şübhəli bilinib.
"Unikal" xəbər verir ki, onun görüntüləri mediada gündəm mövzusu olub.
Belə ki, yayımlanan kadrlarda Polşa lideri köməkçisi Yakub Nastavnıdan yuvarlaq qutu alması, daha sonra qutudan kiçik ağ paketi çıxararaq ağzına qoyması görünür.
Onun bu hərəkətinə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsxərə ilə yanaşıb.
Zaxarova "Telegram" kanalında "Nyu-Yorkda Baş Assambleyadakı qərblilər artıq “azadlıq havası ilə nəfəs alırlar", - yazıb.
Qeyd edək ki, "snus" ağız yolu ilə istifadə edilən, poşet çaya bənzər kiçik saşelər halında olan bir tütün məhsuludur.
Hələlik Polşa tərəfi məsələyə aydınlıq gətirməyib.
Gülayə Mecid