Milli Məclis Avropa Parlamentinin qərarını müzakirə edəcək
23:08 26-10-2013
SİYASƏT
Milli Məclis Avropa Parlamentinin qərarını müzakirə edəcək
Avropa Parlamentinin Azərbaycandakı 9 oktyabr prezident seçkisi ilə bağlı verduyi rəylə bağlı Milli Məclisin münasibəti parlament rəhbərliyi tərəfindən müzakirə edildikdən sonra açıqlanacaq.
Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə bildirib.
“Bildiyiniz kimi, Elxan Süleymanovun məsələ ilə bağlı məktubu olub. Yəqinki Milli Məclisdə də bu məsələ müzakirə edildikdən sonra hansısa addımlar atılacaq”.
Deputat vurğulayıb ki, Avropa Parlamentinin bu rəyi parlament komitəsində də müzakirə ediləcək.
Qeyd edək ki, ölkədə prezident seçkilərini müşahidə etmək üçün gələn Avropa Parlamentinin müşahidə missiyası, Avropa Şurası Parlament Assambleyası seçkilərin şəffaf, demokratik, azad keçdiyini bildirsə də, dünən əvvəlkindən rəyindən fərqli açıqlama yayaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin standarta uyğun keçmədiyi barədə rəyini dəstəklədiyini bəyan edib.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35