Gömürük İttifaqı və Dağlıq Qarabağ problemi
11:59 08-11-2013
SİYASƏT
Gömürük İttifaqı və Dağlıq Qarabağ problemi
Azərbaycan nə etməli?
Regionda siyasi proseslər get-gedə gərginləşir. Bir tərəfdən Avropa İttifaqının "Şərq Tərəfdaşlığı Proqramı", digər tərəfdən isə Gömrük İttifaqı region dövlətlərini çıxılmaz duruma salıb. Əsasən də Azərbaycanı. Bu günə qədər Azərbaycan bəyan edib ki, Gömürük İttifaqına üzv olmaq niyyətində deyil. Amma hazırda vəziyyət elə həddə çatıb ki, mütləq riskli addım atılmalıdır. Sual olunur ki, nədən Azərbaycan bundan imtina edir? Bütün səbəbləri bir kənara qoyaraq tək bunu demək kifayətdir ki, Azərbaycanın Gömürük İttifaqına qoşulması o deməkdir ki, Ermənistan avtomatik blokadadan çıxacaq və bu işdə elə Azərbaycanın özü dəstəkçi olacaq.
Çünki bu ittifaqa qoşulan ölkələr arasında azad iqtisadi əlaqələr qurulmalı və ərazilərindən tranzit xətt olaraq marşurutlar verilməlidir. Amma Azərbaycan 10 ildir ki, fərqli siyasət yürüdür və Dağlıq Qarabağ probleminin həll olunması üçün Ermənistanın blokada da qalmasına çalışır. Prezident İlham Əliyevdə bəyan etmişdi ki, biz Ermənistanı nə qədər iqtisadi blokada da saxlasaq, Ermənistan bir o qədər çökəcək və nəticədə Dağlıq Qarabağ problemini silahsız belə həll etmək mümkünləşəcək. Həqiqətən də məhz bu blokadalardan sonra Ermənistan əhalisinin 60 faizə qədəri ölkəni tərk edib. İqtisadiyyatı isə diz çöküb. Hətta Türkiyə Ermənistanla sərhədləri açmaq istəyərkən Azərbaycan ciddi təpki göstərdi və bəyan etdi ki, bu Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir göstərəcək. Məhz bu basqılardan sonra Türkiyə geri çəkildi. Bütün bunları nəzərə alaraq hesab edilir ki, Azərbaycanın Gömürük İttifaqına qoşulması Ermənistanın iqtisadi inkişafı olacaq. Elə Rusiyanın rəsmiləri də bunu açıq şəkildə bəyan edir. "Ermənistanın Gömrük İttifaqına üzvlüyü Dağlıq Qarabağ ətrafında situasiyanı yaxşılaşdıracaq. İqtisadi inkişaf isə yalnız münaqişənin həllinə yardımçı olacaq". Bu barədə E Avrasiya İqtisadi Komissiyasının sədri Viktor Xristenko bəyan edib."Ermənistan Gömrük İttifaqına daxil olsa, Dağlıq Qarabağın statusu necə olacaq" sualına Xristenkonun cavabı qəribə olub: "Qarabağın tarixini məndən yaxşı bilirsiniz. Bu məsələ indi qalxmayıb və Ermənistanın Gömrük İttifaqına daxil olması barədə ərizə ilə bağlı deyil. Bunun üçün xüsusi format müəyyənləşib və müxtəlif ölkələr bu formatda problemin həlli ilə məşğuldurlar"-deyən Xristenko bildirib. Rusiyalı yüksək rütbəli məmurun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına daxil olduqdan sonra yaranacaq iqtisadi müstəviyə gəlincə, bu inkişaf "həll olunmamış konfliklər üçün vəziyyəti pisləşdirməyəcək". "Fikirmcə, bu günkü situasiya Ermənistanın öz proqramlarını reallaşdırmaq üçün əngəl törətmir, əksinə Qarabağ ətrafında olan situasiyanı yaxşılaşdıracaq"-deyə Xristenko vurğulayıb. Bunu da qeyd edək ki, ekspertlər həm də iddia edirlər ki, Azərbaycan Gömürük İttifaqına qoşularsa Dağlıq Qarabağ probleminin həlli sürətlənər. Çünki Azərbaycan bu ittifaqa qoşulan zaman Dağlıq Qarabağ məsələsini Rusiya qarşısında şərt kimi qoya bilər. Xatırladaq ki, bir müddət öncə Belorusiyanın prezidenti Lukaşenkoda bəyan etdi ki, ittifaqın formalaşması zamanı mütləq Azərbaycanın mövqeyi nəzərə alınmalıdır. Bu isə yuxarıdakı fikri təsdiqləyir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05