İlyas İsmayılovun müxalifətçilik həvəsi
13:28 20-11-2013
SİYASƏT
İlyas İsmayılovun müxalifətçilik həvəsi
Seçkilərdən narazı qalan
deputat intiqam almaq istəyir
Milli Məclisin deputatı, Ədalət partiyasının sədri, prezidentliyə sabiq namizəd İlyas İsmayılov Milli Məclisdə təmsil olunan rektor-deputatların səlahiyyətlərinin azaldılması barədə Konstitusiya Məhkəməsinə müraciət edib. Çox maraqlıdır ki, daima liberallığı ilə seçilən və hakimiyyətin siyasi kursundan bir addımda kənara çıxmayan İlyas İsmayılovun birdən birə radikallaşması müxtəlif fərziyyələri ortaya çıxartdı.
Buda bildirilir ki,prezident seçkilərindən sonra İlyas İsmayılovun ümumiyyətlə radikallığı artıb. Əslində isə İlyas İsmayılovun müxalifətə meyillənməsinin çox konkret səbəbləri var. Belə ki, İlyas İsmayılov prezident seçkilərində ən az səs toplayan namizəd oldu. Belə ki, seçkilərdə iştirak edən İlham Əliyev 84.55 %, Cəmil Həsənli 5.53 %, İqbal Ağazadə 2.40 %, Qüdrət Həsənquliyev 1.99 %, Zahid Oruc 1.45 %, İlyas İsmayılov 1.07 %, Fərəc Quliyev 0.87 %, Araz Əlizadə 0.86 %,Hafiz Hacıyev 0.66 %, Sərdar Məmmədov isə 0.61 %
səs topladılar. Bu isə İlyas İsmayılov tərəfindən qəbul olunmadı və Hafiz Hacıyevlə demək olar ki, eyni həddə səs toplamasını, Qüdrət Həsənquliyevdən, Zahid Orucdan az səs toplamasını qəbul etmədi və dərhal buna sərt reaksiya verdi.Həmin anlarda mətbuata da açıqlama verildi ki,
Ədalət Partiyasının sədri İlyas İsmayılov seçkilərin nəticəsindən razı deyil. İ.İsmayılov seçkilərin çoxsaylı qanunpozuntuları və saxtakarlıqla keçirildiyini iddia edir.Məhz bundan sonra İlyas İsmayılov sanki hakimiyyətdən intiqam almağa çalışdı. Buna isə YAP-dan dərhal reaksiya verildi və İlyas İsmayılovun ünvanına xoşagəlməz fikirlər səsləndirildi. Bununla da hesab etmək olar ki, İlyas İsmayılov mövqeyini yenidən dəyişməyə çalışdı. Amma onun hakimiyyətlə müəyyən əlaqələrinin olması səbəbindən o tam olaraq kursunu dəyişə bilmir. Buna görə də əsasən rektorlar və ya orta hədli məmurlarla bağlı açıqlamalar verir. Amma İlyas İsmayılovun açıqlamaları deyəsən ciddiyə alınmır. Çünki bundan öncə o, MSK-ya qarşıda iddia ilə çıxış etmişdi və demək olar ki, onun bu iddiasıda yersiz iddia kimi qəbul olunmuşdu. Elə İlyas İsmayılovun rektorları ittiham edən açıqlamasıda qarşı tərfdən ciddiyə alınmadı. Məsələn, məsələyə münasibət bildirən Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov deyib: “İndi müraciət edib, görək nəticəsi necə olacaq. Mən indidən heç bir söz deyə bilmərəm. Bu onun şəxsi fikridir. Mənim İlyas İsmayılovla elə münasibətim də yoxdur”. Qeyd edək ki, digər rektorlarda İlyas İsmayılovun bu ittihamlarına ciddi reaksiya vermədilər. Beləliklə İlyas İsmayılovun növbəti müxalifətə meyillilik cəhdi uğursuzluqla tamamlandı.
Fuad
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35