UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyun başa çatıb.

"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüş rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin qollarını Emin Mahmudov və öz qapısına avtoqol vuran oyunçu Aleksandr Selyava rəsmiləşdirib.

Belarus klubunun qollarını Karen Vardanyan (dubl), Gulzigit Alykulov (penalti ilə) və Yevgeni Malaşeviç vurublar.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

***21:29

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyunda ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüşdə rəqib 3:2 hesabı ilə qalib gəlir.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

*** 21:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyunda birinci hissə başa çatıb.

"Unikal" xəbər verir ki, Bakı təmsilçisi “Palms Sports Arena”da keçirilən görüşün fasiləsinə 2:1 hesablı üstünlüklə yollanıb.

Hesabı 2-ci dəqiqədə Emin Mahmudov açıb. Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.

Rəqibin heyətində 36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

*** 20:39

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

"Unikal" xəbər verir ki, rəqib hesab arasındakı fərqi azaldıb - 2:1.

36-cı dəqiqədə Karen Vardanyan fərqlənib.

20:08

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Dinamo" (Minsk) oyununda növbəti qol vurulub.

"Unikal" xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci topu rəqibin qapısından keçirib - 2:0.

Qonaqlardan Aleksandr Selyava 8-ci dəqiqədə avtoqol müəllifi olub.

*** 20:02

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyun başlayıb.

"Unikal" xəbər verir ki, “Palms Sports Arena”da keçirilən görüş saat 20:00-da start götürüb.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə qarşılaşacaq.

*** 19:30

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq “Neftçi” və Belarusun “Dinamo” (Minsk) komandalarının start heyətləri açıqlanıb.

"Unikal" xəbər verir ki, komandalar saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək matçda meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Neftçi": 1. Emil Balayev, 77. Falaye Sako, 55. Andrey Qravillon, 5. İqor Ribeyro, 24. Mustafa Sek, 20. Qustavo Klismann, 6. Sessi Dalmeyda, 8. Emin Mahmudov (k), 33. Breno Almeyda, 11. İmad Faraj, 29. Lubomir Tupta

Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 3. Rüfət Abbasov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. İfeanyu Metyu, 80. Aslan Şirinov, 82. Məhəmməd Məmmədli, 91. Ağadadaş Salyanski, 97. Bassala Sambu

Baş məşqçi: Yuri Vernidub

"Dinamo": 1. İvan Şimakoviç, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 12. Aleksey İvanov, 44. Qleb Qurban, 42. Favaz Abdullahi, 23. Aleksey Zençko, 8. Aleksandr Selvaya, 7. Yevgeni Malaşeviç, 30. Mustafa Djimet, 10. Karen Vardanyan

Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 2. Matvey Dubatovka, 3. Maksim Şetsov, 5. Danil Duşevski, 9. Andrey Lutskoviç, 11. Quljigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Eli Qibero, 24. Aleksey Valkuliç, 27. Mixail Aleksandrov, 78. Artyom Sokolovski, 80. Leonard Qvet

Baş məşqçi: Aleksandr Şaqoyko

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu görüşün qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.

*** 09:02

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Neftçi" bu gün turnirdə ilk oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, Bakı klubu doğma meydanda Belarusun "Dinamo" (Minsk) kollektivini qəbul edəcək.

“Palms Sports Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Matçı kiprli FIFA referisi Konstantinos Fellas idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Minskdə təşkil olunacaq. Bu raundun qalibi "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün güclüsü ilə üz-üzə gələcək.