Azərbaycanın ən "yaramaz" futbolçuları
11:05 18-02-2014
İDMAN
Azərbaycanın ən "yaramaz" futbolçuları
Kimlər ədəbsiz jestlərlə yadda qalıb?
Ötən həftə əvvəl Topaz Premyer Liqasında baş tutan "Böyük oyun"da yerli azarkeşlərə ədəbsiz jestlər etməklə sözün əsl mənasında "oyun" çıxaran Mahir Şükürovun etdikləri hələ də idman mediasının gündəmindədir. Ölkə futbolunda intizamsızlığı ilə ad çıxaran futbolçuların vaxtaşırı klubları ilə problem yaşaması gələcəkdə də belə hallarla qarşılaşacağımızı düşünməyə əsas verir.
Bəs görəsən Azərbaycan futbolunun ən intizamsız futbolçuları sırasına kimləri aid etmək olar? Maraqlı olacağını nəzərə alıb, klubları ilə ən çox problem yaşayan futbolçularımızın kimliyini araşdırmağa qərar verdik.
Zaur Ramazanov
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olan Zaur Ramazanov həm də ölkəmizin ən intizamsız oyunçuları sırasında idi. Xüsusən "Xəzər Lənkəran"da oynadığı dönəmdə komandası ilə problem yaşayan oyunçu həm futbolçu kimi, həm də məşqçi kimi Lənkəran təmsilçisindən qovulmuşdu. Həmin vaxtlarda komanda rəhbərliyi Ramazanovun qovulmasına səbəb kimi onun komandadaxili abu-havanı pozması göstərilmişdi.
Emin Quliyev
Ölkə futbolunun tanınmış simalarından olan Emin Quliyev də intizamsızlığı ilə gündəmə gələn futbolçulardan idi. 2005-2009-cu illər aralığında "Xəzər Lənkəran"ın şərəfini qoruyan və intizmsızlığı səbəbindən komandadan qovulan Quliyev bundan sonra isə məhz xarakteri üzündən heç bir kollektivdə duruş gətirə bilmədi. "Karvan", "Abşeron" və "Simurq" komandalarında istədiyini tapa bilməyən sabiq müdafiəçi 2011-ci ildə karyerasını biitirdi.
Mahir Şükürov
Hazırda "Neftçi"də çıxış edən və Nazim Süleymanovun flaqmanın baş məşqçisi postundan getməsinin ardından verdiyi yersiz açıqlamalarla qınaq obyektinə çevrilən Şükürov indiyə kimi "İnter", "Xəzər Lənkəran" və "Qəbələ" kimi iddialı klubların şərəfini qorusa da, sözügedən komandalardan intizamsız davranışları üzündən ayrılıb.
Xatırlayırsınızsa, bir müddət əvvələ qədər "Neftçi"ni çalışdıran Nazim Süleymanov da məhz 31 yaşlı müdafiəçinin intizamsızlığını əsas gətirərək onu komandadan uzaqlaşdırmaq istəmişdi. Rusiyanın "Anji" komandasında çıxış etdiyi dövrdə də millimizin üzvü oyunundan çox məşqçilər korpusu ilə problem yaşamaqla yadda qalmışdı.
Xatırladaq ki, həmin vaxt "Anji" komandanın baş məşqçisi Hacı Hacıyev də onun intizamsız futbolçu olduğunu vurğalımışdı. Məlumat üçün bildirək ki, milli komandamızın üzvü "Anji"nin heyətində "Amkar"la oyunda bir dəqiqədə iki sarı vərəqə almaqla Hacıyevin qəzəbinə tuş gəlmiş və Mahaçqala təmsilçisindən kənarlaşdırılmışdı.
Elnur Allahverdiyev
Azərbaycan futbolunun ən çılğın simalarından olan Elnur Allahverdiyev həm də xoşagəlməz davranışları ilə diqqət çəkən oyunçulardandır. Məhz xoşagəlməz davranışları üzündən bir klubda duruş gətirə bilməyən və "Neftçi"ni "Qarabağ"a, "Qarabağ"ı, "Xəzər Lənkəran"a, "Xəzər Lənkəran"ı isə "Qəbələ"yə dəyişən müdafiəçi həm öz komanda yoldaşları, həm də rəqib futbolçularla problem yaşamaqla gündəmə gəlir.
Elə azarkeşlərlə də ulduzu barışmayan Allahverdiyevin onlarla dialoqu qarşılıqlı təhqirlərlə müşayət olunur. Hətta yadınızdadırsa, bir müddət əvvəl milli komandamızın baş məşqçisi Berti Foqts da intizamsızlığı səbəbindən Elnur Allahverdiyevi milli komandadan uzaqlaşdırışdı.
Romal Hüseynov
Hazırda birinci divizionda mübarizə aparan "Qaradağ Lökbatan"ın şərəfini qoruyan Romal Hüseynov da belə demək mümkünsə, "ipə sapa yatmayan" futbolçularımızdandır. Cari mövsümün əvvəlində Türkiyənin "Bucaspor" klubuna transfer olunan, amma sonradan müqaviləsi ləğv edilən yarımmüdafiəçinin trnsferinin məhz intizamsızlığı üzündən baş tutmadığı bildirilir. Yadınızdadırsa, həmin vaxt Türkiyə klubunun Twitter səhifəsində də Ramal Hüseynovun gecə həyatına meylli olması vurğulanmışdı.
Kamran Ağayev
"Bakı"dan qovulduqdan sonra "istəsəm siqaret də çəkərəm, araq da içərəm" açıqlaması ilə gündəmə gələn Kamran Ağayevin sözügedən açıqlaması onun xarakterini ortaya qoyur.
Son vaxtlar adı idman mediasının gündəmindən düşməyən Kamran Ağayevin üzərinə siqaret qutusu qoyulmuş masanın ətrafında əyləşdiyi əks olunan fotonun idman saytlarında yayılmasının ardından "Bakı"nın transferə çıxardığı milli üzvünün "Qəbələ" klubu ilə anlaşmasından sonra sözügedən problemin aradan qalxdığını düşünmək olar. Amma xarakterindəki çatışmazlıq üzündən oynadığı klublarda duruş gətirə bilməyən milli komandamızın qapıçısı haqqında "Kamran klubdaxili ab-havanı pozur, intizamsızlıq edir" tipli açıqlamaları az eşitməmişik. Karyerasının ən yaxşı dövrlərini çıxış etdiyi klubların rəhbərliyi ilə mənasız münaqişəyə sərf edən qolkiperin "Xəzər Lənkəran" və "Bakı"dan sonra "Qəbələ"də də eyni aqibəti yaşamayacağına inananlar çox deyil.
Andrey Popoviç
Yerli futbolçularla yanaşı, milliləşdirilən oyunçular arasında da intizmsızlığı ilə seçilənlər var. Bunlardan biri də milliləşdirilmiş ukraynalı Andrey Popoviçdir. Əslində, qolkiperə ölkə vətəndaşlığının verilməsi anlaşılmazdır. Ona görə anlaşılmazdır ki, qolkiperin sərgilədiyi oyun onun sıradan qapıçı olduğunu göstərir. Əgər belə olmasa, ukraynalılar heç bir vəclə parlak gələcək vəd edən Popoviçdən əl çəkməzdi. Heç "çərçivə qoruyucusu"nun özü də Azərbaycanda çıxış etməyi Ukraynada zirvələri fəth etmək perspektivindən üstün tutmazdı. Amma Popoviç də səviyyəsinə bələddi və bu üzdən ölkəmizə üz tutub. Legioner qapıçı onu da bilir ki, Azərbaycandan fərqli olaraq Ukraynada millinin düşərgəsində içki məclisi qurduqdan sonra yığmanın qapıları onun üzünə bağlanacaq.
Tural Məmmədov
Digər Xəbərlər
2024-11-22 17:14:55
2024-11-22 16:11:35
2024-11-22 15:43:33
2024-11-22 15:08:06
2024-11-22 14:31:18
2024-11-22 13:48:15
2024-11-22 10:22:24
2024-11-21 23:54:07
2024-11-21 20:08:39
2024-11-21 18:56:00
2024-11-21 18:30:52
2024-11-21 17:43:01
2024-11-21 17:10:19
2024-11-21 16:58:08
2024-11-21 15:26:26
2024-11-21 14:44:31
2024-11-21 14:33:50
2024-11-21 14:02:06
2024-11-21 12:55:00
2024-11-21 11:52:00