Prezident İlham Əliyev Bakıda bir sıra obyektlərin inşasında işlərin gedişi ilə tanış olub
13:09 01-03-2014
CƏMİYYƏT
Prezident İlham Əliyev Bakıda bir sıra obyektlərin inşasında işlərin gedişi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda yeni salınan Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda görülən inşaat işlərinin gedişi ilə tanış olmuşdur.
Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı” na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara verilir.
Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə də işlər uğurla icra olunur. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yürüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilmişdir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin malik olduğu iqtisadi qüdrətin də göstəricisidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, son illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən paytaxtın yol nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yenisi də əlavə edilir.
Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər salınacaq yeni yolun uzunluğu 17 kilometrdir. Yolun bəzi hissəsi dörd, bəzi hissəsi isə altızolaqlı olacaqdır. Şəhərin bu istiqamətində mövcud yol əvvəllər dar olduğu üçün hərəkətin intensivliyinə əngə törədirdi və tıxaclara səbəb olurdu. Yeni yol hazır olduqdan sonra bu istiqamətdə avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradılacaqdır. Yol boyu körpü, tunel və piyada keçidlərinin də inşası yüksək səviyyədə həyata keçiriləcəkdir.
Prezidenti İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olmuşdur.
2015-ci ilin iyununda tarixdə ilk dəfə reallaşacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar paytaxt Bakıda bir sıra mühüm infrastruktur layihələri icra ediləcəkdir. Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası da bu qəbildən olan tədbirlərdəndir. İlk Avropa Oyunlarına aid əksər tədbirlər Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcəkdir. Məhz bu ərazi çoxsaylı qonaqları, idmançıları və turistləri qəbul edəcəkdir. Bu baxımdan Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasının mühüm əhəmiyyəti vardır. Bununla bağlı birinci mərhələnin bu tədbirlərdən öncə yekunlaşdırılması planlaşdırılır.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcəkdir. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaqdır. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda göllərin bərpası üzrə tədbirlər planının olması Azərbaycan dövlətinin iqtisadiyyatın davamlı inkişafı, vətəndaşların sağlamlığı, onların sosial məsələlərinin həlli və ekoloji durumun yaxşılaşdırılması istiqamətində gördüyü işlərin ardıcıl xarakter daşımasının təsdiqidir.
Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 20:07:03
2024-12-23 19:57:23
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10