Tağı Əhmədov yenə də metroda işləyir
12:56 07-03-2014
CƏMİYYƏT
Tağı Əhmədov yenə də metroda işləyir
"Savadsız jurnalistlərə isə heç zaman hörmətim olmayıb"
Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov mətbuata verdiyi açıqlamada vəzifədən getməsi ilə bağlı deyib ki, hazırda onun əhvalı "yaxşı və yüksək səviyyədədir. İstirahət etmirəm, işdəyəm. Yenə də metrodayam".
Metronun keçmiş şefi zarafatla bildirib ki, "Qoyun, həyat yoldaşım mənim əvəzimdən də istirahət etsin. Ancaq mən işimlə məşğulam".
Əhmədov bundan sonrakı planlarından danışarkən deyib:
"Yeni plan yeni rəhbərliyin olacaq. Mən indi artıq icraçıyam. İcraçı kimi də mənə deyirlər, hər zaman yerinə yetirirəm. İndi yeni rəhbərlik də lazım biləndə mənə nəsə deyər. Ancaq faktiki olaraq mən metroda işləyirəm".
Ondan narazı qalan mətbuat işçiləörinə isə mesaj göndərib: "Sağ olsunlar. Kim necədirsə, elə də olmalıdır da. Maskalanmağa ehtiyac yoxdur, necə lazımdırsa, elə də olmalısan. Mən heç bir məmura da kölgə atmaq istəmirəm. Sadəcə olaraq, mən necə varamsa, eləyəm. Mən necə düşünürəmsə, elə danışıram. Mənim jurnalistlərə qarşı böyük hörmətim var. Ancaq o jurnalistlərə ki, onlar həqiqətən jurnalistlərdir. Küçədən tutulub gətirilmiş və savadsız jurnalistlərə isə heç zaman hörmətim olmayıb və bundan sonra da olmayacaq".
Bədii yaradıcılıqla bağlı planlarını açıqlayan Əhmədov bu istiqamətdə işlərinin davam etdiyini söyləyib: "Bunu ki, mənim əlimdən alan yoxdur? Əvvəl elə düşünürdüm ki, şeirlərimi çap etdirməyəcəm. Ancaq indi fikirləşirəm ki, artıq mən məmur deyiləm və kitabımı çap etdirə bilərəm. Hələ yeni kitabım çıxmayıb. Ancaq cilalanmış şəkildə bədii yaradıcılığımdan nümunələr var. Hamısı da şeirlərdir. Bunları kitab şəkilində çap etmək olar. Hardasa ortalığa sanballı bir kitab çıxar. Kitabın adını hələ düşünməmişəm. İnşallah, bir il və il yarıma kitab çıxarmaq olar. Bəlkə də heç olmadı. Hər şey ola bilər. Bunların içərisində ulu öndər Heydər Əliyevə, Yeni Azərbaycan Partiyasına (YAP) həsr olunan şeirlərim və Azərbaycanda məşhur olan "İlham alıram" adlı mahnının sözləri də var. Xocalı soyqırımı ilə bağlı fevralın 26-da "Respublika" qəzetində bir şeirim dərc olunub. Həmin şeirimdə müsəlman düyasına aid fikir söyləmişəm. Şeir belədir:
Zülm həmişə dayanıb, görənlər kordur,
Alov asimanda, deyirlər qordur,
Müsəlmanlar üçün hörülən tordur,
Belə gəlib, belə gedən dünyadır!"
Natiq
Digər Xəbərlər
2024-12-27 00:40:16
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44