Prezident Serbiya səfirini qəbul edib
13:02 07-03-2014
CƏMİYYƏT
Prezident Serbiya səfirini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zoran Vayoviçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüş zamanı dövlət başçısı Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi istiqamətində ötən dövr ərzində böyük uğurlar əldə olunduğunu vurğulayıb. Qısa vaxt ərzində ölkələrimizin bir-birinə daha çox yaxınlaşdığını deyən İlham Əliyev əlaqələrimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. İkitərəfli münasibətlərimizin inkişafında səfir Z.Vayoviçin fəaliyyətini yüksək qiymətləndirən dövlət başçısı gələcək işlərində ona uğurlar arzulayıb. Z.Vayoviç isə son illər ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini məmnunluqla vurğulayıb. O bildirib ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövrü onun həyatının ən parlaq və unudulmaz hissələrindən biridir.
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44