“28 May”, “20 Yanvar” və “Koroğlu” metro stansiyalarının yeraltı keçidlərindəki ticarət mərkəzləri də bağlanacaq
11:50 14-03-2014
CƏMİYYƏT
“28 May”, “20 Yanvar” və “Koroğlu” metro stansiyalarının yeraltı keçidlərindəki ticarət mərkəzləri də bağlanacaq
Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahibləri ilə yaranan konfliktlər hələ də davam edir. Yer sahibləri metropolitenin rəhbərliyindən vaxt istəsələrdə ,cavab konkret oldu; ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilir.
Bunu da qeyd edək ki, “20 Yanvar” və “Koroğlu” stansiyalarında yeraltı keçidlərdə faktiki böyük ticarət mərkəzləri yaranıb.Və belə fikir səsləndirilir ki, həmin ticarət mərkəzləri fəaliyyətini davam etdirəcək. Amma“Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad Tağızadə bəyan etdi ki, metro keçidlərindəki ticarət köşkləri birmənalı olaraq yığışdırılacaq. Metro sərnişindaşıma üçündür, ticarət üçün deyil. Tələb də budur ki, belə xaos olmasın. “28 may” stansiyasına gəldikdə isə həmin yerin bağlanıb-açılmağı ilə bağlı məqamları bilmirəm. Rekonstruksiyadan sonra “28 May” metro stansiyasında heç bir ticarət köşkü olmayacaq. Metro stansiyalarının giriş və çıxışlarında müəyyən avtomatik cihazlar vasitəsilə servis xidmətləri göstərilə bilər. Qalan ticarət köşkləri olmayacaq. Günün tələbi belədir ki, ticarət köşkləri olmamalıdır:-“ Novruz Bayramdan sonra metro keçidlərindəki ticarət köşklərinin hamısı mərhələ-mərhələ yığışdırılacaq. Bayram ərəfəsində heç kimi narahat etmək istəmirik. Bayram günlərindən sonra ticarət köşklərinin yığışdırılmasına başlanacaq. Əvvəl stansiyaların içərisi, kassa zalları və digərləri açılmalıdır. Sonra da mərhələ-mərhələ keçidlər açılacaq. Xəbərdarlıq edilib, bilirlər. Gələcəkdə, 3-5 ilə nə olar, bəlkə fərqli şeylər ola bilər, bu, fərqli məsələdir. Hazırda metroda ticarət köşklərinə icazə verilmir, o yerləri boşaltmalıyıq.Baş mühəndis bunu da bildirdi ki, 1988-1989-cu illərdə Moskva, Leninqrad və digər şəhərlərdəki metro stansiyalarında ticarət köşkləri qoyulmağa başlanmışdı, ilk rüşeymlər yaranmışdı. İndi bəziləri bunu sivil formada təşkil edib, Bakı Metropolitenində isə xaos vəziyyəti yaranıb. Pilləkənlərin üzərində ticarətlə məşğul olmaq olmaz. Sərnişin rahat keçməlidir. İlk növbədə mədəni xidməti yüksəltməli, sərnişinə komfort yaratmalıyıq. Bu nöqteyi-nəzərdən də ticarət köşkləri yığışdırılır.
Fuad
Digər Xəbərlər
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00