SSRİ-nin illərlə gizli qalan dəhşətli sirləri...
16:55 15-03-2014
CƏMİYYƏT
SSRİ-nin illərlə gizli qalan dəhşətli sirləri...
Dəhşətli təcrübələr, dəhşətli yalanlar, dəhşətli ölümlər!
SSRİ 1991-ci ildə dağılır, lakin dağılmamışdan öncə SSRİ kifayət qədər pislik törətməyə imkan tapır. Stalinin rəhbərliyi ilə hökümət bəzən qəddar, inanılmaz dərəcədə amansız qərarlar verir. Əlbəttə, SSRİ bu qərarları mahircəsinə gizlədirdi, ancaq bu gün SSRİ-nin bərk-bərk gizlətdiyi bir çox sirlərin üstü açılıb və açılmaqdadır.
Onlardan bir neçəsini sizə təqdim edirik:
Beləlikə, SSRİ-nin ən məntiqsiz sirlərindən biri Aya uçuş sınaqlarının cəmiyyətdən gizlətmək cəhdi idi. Sovet İttifaqı kosmosun tədqiqatı ilə bağlı bütün məsələlərdə ABŞ-ı qabaqlayırdı. Orbitdə ilk peyk, açıq kosmosda ilk heyvan, ilk insan. Lakin ABŞ prezidenti Kennedi xalqa müraciətində Aya ilk kəs amerikalıların uçacağını qeyd edirdi. Maraqlısı burasındadır ki, SSRİ bu çıxışa heç bir reaksiya vermir. Sovet İttifaqı Ayla bağlı bütün uğurlu, uğursuz təcrübələri gizli saxlamaqda israrlı idi...
Növbəti sirr daha faciəli idi. Ölkədə hökm sürən aclıq. Dövlətin imicini qorumaq üçün Stalin özünəməxsus addımlar atır. Belə ki, sovet vətəndaşlarının aclıqdan öldüyü bir zamanda sovet lideri mağazaların ağzına qədər ərzaqla doldurulması tapşırığını verir. Küçələrə isə ac insanların əvəzinə kommunist partiyasının üzvləri buraxılırdı və işdir-şayət mağazaya "yad" insan yaxınlaşırdısa, onu elə həmin an həbs edirdilər. Bütün bu tədbirlər ölkəyə xarici qonaqlar - səfirlər, siyasətçilər təşrif buyurduqda görülürdü. Beləcə, SSRİ hakimiyyəti burada aclığın olması barədə gəzən şayiələrin yalan olmasını sübut etmək istəyirdi. Bu istəklərinə də nail olurdular. Beləliklə, səfirlər gəlirdi, tox işçiləri və ağzına qədər dolmuş mağazaları görür və vətənlərinə qayıtdıqda, hökümətlərinə SSRİ-də aclığın olması barədə gedən şayiələrin həqiqətə uyğun olmadığını bildirirdilər...
Siz düşünürsünüz ki, Çernobıl qəzası keçmiş SSRİ-də baş vermiş ən dəhşətli qəzadır? Ancaq yox. Ondan çox-çox əvvəl, daha dəqiq desək, 1957-ci ildə daha böyük qəza baş verir. Kıştım qəzası zamanı 11000 insan evsiz qalır, 270000 insan radiasiyanın təsirinə məruz qalır. İlk dəfə bu faciə barədə 1960-cı illərdə xatırlayırlar, onun nəticələri barədə təfərrüatlar isə artıq 21-ci əsrin əvvəllərində açılmağa başlayır...
Kosmonavtın dəhşətli ölümü Stalin rejiminin növbəti sirlərindən biridir. Valentin Bondarenko 1961-ci ildə təcrübə zamanı həlak olur. İş burasındadır ki, üzünü etil spirti ilə islanmış salfetlə sildikdən sonra kosmonavt ehtiyyatsız davranır və onu çay dəmlədiyi plitənin üstünə qoyur. 100% oksigenlə doldurulmuş kamerada kosmonavt bir anın içində kibrit kimi alışır.
Niyə təcrübəni izləyənlər kameranı dərhal açmırlar? Niyə yalnız üç dəqiqədən sonra bunu edirlər? Məlum deyil. Ancaq bu üç dəqiqədə kosmonavt üçüncü dərəcəli yanıq xəsarəti alır. Kosmonavt 16 saatdan sonra vəfat edir. Onun son sözləri belə olur: "Aman tanrım, necə də dözülməz ağrıdır! Bu ağrının getməsi üçün bir şey edin!"..
Onun adını bir dənə də olsun, nekroloqda qeyd etmirlər. Yeri gəlmişkən, V. Bondarenko SSRİ-nin yaddaşdan sildiyi yeganə kosmonavt olmur...
SSRİ-nin dəhşətli əməliyyatlarından biri də 1948-ci ildə Aral dənizinin adalarından birində sovet alimlərinin bioloji silahla bağlı həyata keçirdikləri təcrübə olur. Bununla yanaşı, alimlər bir çox öldürücü xəstəlikləri düşmənə keçirmək üçün açıq havada (!) bir sıra sxemlər hazırlayırlar. Beləliklə, bu təcrübələr zamanı on nəfər xəstəliyə tutulur, üç nəfər həlak olur. Yüzlərlə insan xəstəxanaya yerləşdirilir, həmçinin , iki həftə ərzində 50 min insana çiçək xəstəliyinə qarşı peyvənd vurulur.
Bu hadisə haqda yalnız 2002-ci ildə məlum olur. Bundan öncə bu təcrübə haqda kiçik də olsa, heç bir yerdə informasiya verilmir...
Hə... SSRİ sirr saxlamağı bacarırdı..
Aytən Cavanşir
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33