Doku Umarovun öldürülməsilə bağlı rəsmi açıqlama
Federal Təhlükəsizlik Xidməti: "Bu ilin əvvəllərində 33 terror əleyhinə uğurlu əməliyyat keçirilib"
"İmarat Kavkaz" adlı terror təşkilatının lideri, çeçen silahlılarının komandiri Doku Umarov öldürülüb. "İTAR-TASS" Agentliyinin verdiyi məlumata görə, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Qurumun rəhbəri Aleksandr Bortnikov bildirib ki, bu ilin əvvəllərində 33 terror əleyhinə uğurlu əməliyyat keçirilib.
"Keçirdiyimiz uğurlu əməliyyatlardan biri də, "İmarat Kavkaz" adlı terror təşkilatının üzvlərini və rəhbərini zərərsizləşdirməyimiz olub", - deyə Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, terror əleyhinə əməliyyatlar zamanı 13 qrup rəhbəri və 65 silahlı şəxs zərərsizləşdirilib.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl çeçen separatçılarının saytı "kavkaz-center" çeçen yaraqlıların lideri Doku Umarovun öldürülməsi barədə məlumat yaymışdı.
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36