Millətlərarası münasibətlərin inkişafında Azərbaycan payı
07:50 29-04-2014
SİYASƏT
Millətlərarası münasibətlərin inkişafında Azərbaycan payı
Nizami Gəncəvi irsinin vəhdəti
Azərbaycan milli və dini tolerantlığın mərkəzinə çevrilməklə yanaşı həm də millətlərarası münasibətlərin inkişafına ciddi dəstək verməkdədir. Bu baxımdan həm dövlət səviyyəsində görülən işlər, həmçinin də Heydər Əliyev Fondunun atdığı addımlar xüsusi ilə nəzərə alınmalıdır. Çünki bu addımlar həm millətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərir, həm də Azərbaycan həqiqətlərini dünyaya tanıdır.
Diqqət yetirin bir neçə il öncəyə qədər Xocalı soyqırımını dünyaya bəyan etmək sadəcə olaraq mümkünsüz idi. Ən azından ona görə ki, erməni lobbisinin təsiri ilə dünya xalqları Xocalı soyqırımının mahiyyətini anlamağa həvəs göstərmirdilər. Amma Heydər Əliyev Fondunun Qərbdə və ABŞ-da apardığı siyasət, Azərbaycan mədəniyyətini tanıtması nəticəsində ölkəmizə marağı dahada artırdı. Bu maraq isə sonluqda Xocalı soyqırımının tanınması ilə davam etdirildi. Bu gün əksər dövlətlərin parlamentində Xocalı soyqırımı xatırlanır və bəzi ölkələrdə soyqırım olaraq qəbul olunub. Bu isə onu təsdiqləyir ki, millətlərarası münasibətlərin inkişafına nə qədər nail olursansa, bir o qədər də öz reallıqlarını dünyaya göstərə bilirsən. Bu baxımdan millətlərarası münasibətlərin inkişafına müsbət təsir göstərən faktorlardan biri də milli dəyərlərin, folklorun, milli irsin tanıdılmasıdır. Və bu istiqamətdə də artıq bir sıra ciddi aksiyalar həyata keçirilməkdədir. Məsələn, bu gün dünyaca məhşur olan Nobel mükafatının kökündə nə dayanır? İlk növbədə Qərb mədəniyyəti və Nobel qardaşlarının simasında elmin inkişafına Avropanın töhvəsi. Hazırda Azərbaycanda reallaşdırılan bir layihədə sözün həqiqi mənasında Azərbaycan mədəniyyətini, Azərbaycan tolerantlığının dünyaya tanıdır. Söhbət Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması və dünya elitasının bu mərkəzdə bir araya gətirilməsindən gedir. Qeyd edək ki, hazırda Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin VI Beynəlxalq toplantısı keçirilir.Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Petar Stoyanov, Giuli Alasania, Valter Fyust, Farida Allagahi, Ahmed Nasem Şah, Nazim İbrahimov və Elmar Vəliyev iştirak edib.Toplantıda Mərkəzin gördüyü işlər haqqında hesabat dinlənilib, təşkilatın qeydiyyatı, büdcəsi, nizamnaməsi, strukturu, eləcə də Nizamin Gəncəvi irsinin təbliği, həyata keçiriləcək layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı İsmayıl Serageldinin hazırladığı Akademik proqram layihəsi müzakirə edilib.Toplantı iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevlə görüş barədə təəssüratlarını da bölüşüblər.İclası giriş sözü ilə açan NGBM-in həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın keçmiş ölkə başçısı Vayra Vike-Frayberqa Mərkəzin yaradıldığı 2 il ərzində görülmüş işlərdən danışıb, həyata keçiriləcək tədbirlər planının hazırlanmasının vacibliyini, Nizami Gəncəvi irsinin mümkün imkanlar daxilində müxtəlif dillərə tərcümə edilərək təbliğ olunmasının zəruriliyini bildirib. V. Frayberqa bu məsələdə prezident İlham Əliyevin diqqəti və qayğısının onları ilhamlandırdığını xüsusi vurğulayıb və ölkə başçısı ilə görüşdə müzakirə edilmiş məsələlərdən də bəhs edib. V. Frayberqanın sözlərinə görə, prezident İlham Əliyev Nizami Mərkəzinin fəaliyyətinin, əməkdaşlıq etdiyi təşkilatlarla gələcəkdə də əlaqələrini davam etdirməsinin tərəfdarı olduğunu bildirib. NGBM-nin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nazim İbrahimov toplantı iştirakçılarını yenidən Bakıda görməkdən məmnun olduğunu bildirib və Mərkəzlə bağlı ideyalar irəli sürərək, onların qısa müddətdə reallaşmasında böyük rol oynayan təşkilatın həmsədrləri V.Frayberqaya və İ.Serageldinə təşəkkür edib.
N. İbrahimov da V.Frayqberqanın fikirlərini dəstəkləyərək, prezident İlham Əliyevin diqqətinin daim mərkəzin üzərində olmasının təşkilatın üzvlərini ruhlandırdığını bildirib.
Daha sonra NGBM-nin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Akademik proqram layihəsini təqdim edib. Proqramda kadr, büdcə, fəaliyyət planı, İdarə Heyətinin alt komitələrinin yaradılması, növbəti 3 il üçün öhdəliklərin həyata keçirilməsi, Nizami irsinin təbliği, Mərkəzin işinin keyfiyyətinə zəmanət verməsi üçün Akademik Şuranın yaradılması, NGBM üçün internet saytın yaradılması kimi müddəalar proqramda əks olunub.
Müzakirələr zamanı Nizami Gəncəvinin orta və ali məktəblərdə tədrisi, Nizami irsinin bütün dünyada, eləcə də Qərbdə təbliği əsərlərinin müxtəlif dillərə tərcümə olunmasının zəruriliyi vurğulanıb. Toplantıda İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələləri də müzakirə edilib.
Bunu da qeyd edək ki, beynəlxalq toplantının əsas iştirakçıları demək olar ki, bir sıra Avropa ölkələrinin eks prezidentləri, bir sıra tanınmış elm və siyasi xadimlərdir. Ekspertlər hesab edir ki, belə bir formatda bir mərkəzin yaradılması bir sıra məqamları ilə diqqəti özünə cəlb edir. Bunlar nədir?
İlk növbədə məhz bu beynəlxalq təşkilat sözün həqiqi mənasında siyasətlə, mədəniyyətin, ədəbiyyatın vəhdətini təşkil edir və sözün həqiqi mənasında bir hormoniya yaradır. Təsəvvür edin, Estoniyanın eks prezidenti Nizami Gəncəvi yaradıcılığını bir neçə dildə tərcümə etdirərək çap etdrib. Bu bir tərəfdən Azərbaycan yazarı Nizami Gəncəvinin dünyaya tanıdılmasıdırsa, digər tərəfdən təbii şəkildə Azərbaycan lobbiçiliyinin inkişafıdır. Müşahidəçilər bildirir ki, bu gün adı çəkilən təşkilatda Azərbaycan ziyalılarından daha çox qərblilərin, Avropa siyasilərinin, elm adamlarının bu qədər aktivlik göstərməsi sadəcə olaraq düzgün strategiyanın müəyyənləşməsi ilə bağlıdır. Bundan başqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyət göstərməsi həm də Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında mühüm rol oynayır. Yəni bu təşkilat yalnız ildə bir dəfə hansısa toplantı keçirtməklə fəaliyyətini tamamlamır. Əksinə demək olar ki, işlək bir mərkəzə çevrilib və bu mərkəz yaxın gələcəkdə dünyaya təsir etmə gücündə olan Karnegin fondu, Soros fondu, Milli Demokratiya İnstitutu kimi bir nüfuz sahibinə çevriləcək və əsas məqsədi millətlərarası münasibətlərin inkişafına dəstək olacaq. Başqa bir məqam isə Dağlıq Qarabağla bağlıdır. Yuxarıda da qeyd etdiyimiz kimi mərkəzin əsas aparıcı simaları öz dövlətlərində ciddi nüfuz sahibi olan siyasilər, elm xadimləridir. Onların Azərbaycanla sıx təmasları, Azərbaycan mədəniyyətini öyrənmələri öz növbəsində Dağlıq Qarabağ problemi ilə daha yaxından tanış olmağa imkan yaradır. Bu isə özlüyündə Azərbaycan reallıqlarını dünyaya tanıtmağa müsbət təsirini göstərir . Milli QHT Forumunun rəhbəri Rauf Zeyni "Unikal"a açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həyata keçirtdiyi beynəlxalq konfransı millətlərarası mnasibətlərin inkişafında yeni mərhələ adlandırdı:-"Azərbaycan tərəfindən belə bir beynəlxalq təşkilatın yaradılması əslində həm diasporanın inkişafı, həm lobbiçilik fəaliyyəti ilə məşğul olmaq üçün mühüm məsələdir. Bu gün bu konfransa dünyanın ən tanınmış simaları gəlir. Onlar öz ölkələrində Azərbaycan reallıqlarını tanıdırlar və Azərbaycan mədəniyyətini yaymaqla həm də millətlərarası münasibətlərin inkişafına Azərbaycanın dəstəyini göstərirlər. Bu gün Azərbaycan belə bir qruma sahib olmaqla həm də dünya mədəniyyətini zənginləşdirir. Artıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyaya sözünü demiş quruma çevrilib və bunun gələcək perspektivləri hələ qabaqdadır". Bunu da qeyd edək ki,Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin günbə-gün artması və tolerantlığı təbliğ edən bir mərkəzə çevrilməsi artıq erməni lobbisini də ciddi qıcıqlandırmağa başlayıb. Məhz bu səbəbdən artıq bir neçə ildir ki, erməni lobbisi dünya mətbuatında Nizami Gəncəvi şəxsiyyəti ilə bağlı müxtəlif məqalələrlə çıxış eməyə başlayıblar və iddia edirlər ki, Nizami Gəncəvi əslində azərbaycanlı olmayıb və o fars kökənli şairdir. Amma artıq Azərbaycan dünyaya Nizami Gəncəvi fenomenini tanıdıb və onun divanlarının Azərbaycan irsinə, mədəniyyətinə nə qədər bağlı olduğunu sübut edə biliblər.
Sonda bunu da qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaxın illərdə daha geniş ştablı işlər görəcəyi, Heydər Əliyev Fondunun müəyyənləşdirdiyi strateji planlarda xüsusi rol oynayacağı proqnozlaşdırılır. Bunu da vurğulayaq ki, Heydər Əliyev Fondu muğam sənətini dünyaya tanıdandan sonra Azərbaycan folklorunun, mədəniyyətinin və ədəbiyyatının digər sahələrini də dünyaya tanıtmaq və bununla da millətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərmək üçün növbəti mərhələyə keçid edib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53