Cahangir Məmmədli İTV Yayım  Şurasında dəyişiklik barədə danışdı
Cahangir Məmmədli İTV Yayım
Şurasında dəyişiklik barədə danışdı

"Məndə İctimai Televiziya və Radio Yayımlar Şirkətinin yayım Şurası üzvlərinin dəyişəcəyi barədə informasiya yoxdur".
Bunu sözügedən Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli deyib. O, Yayım Şurası üzvlərinin avqust ayında tam tərkibdə dəyişiləcəyi informasiyasına münasibət bildirərkən qeyd edib ki, gələn ilin mart ayında yalnız vaxtı bitmiş üzvlər dəyişdiriləcək:
"Sadəcə Yayım Şurasının ikinci dəfə seçilən üzvləri var, gələn ilin mart ayında onların vaxtı bitir, onlar gedəcəklər, vəssalam. Çünki Yayım Şurası üzvləri dalbadal iki dəfədən artıq seçilə bilməzlər. Yalnız onlar dəyişiləcək. Bu hadisə həmişə baş verir. Amma elə-belə Yayım Şurasının üzvləri tam tərkibdə dəyişiləcək informasiyası mənə elə gəlir ki, düzgün informasiya deyil. Çünki mən bu barədə heç nə eşitməmişəm".