Qərbə nökərçilik edən müxalifətə sərt təpki
09:31 01-06-2014
CƏMİYYƏT
Qərbə nökərçilik edən müxalifətə sərt təpki
ABŞ diplomatı Riçard Morninqstarın məlum müsahibəsindən sonra radikal müxalifət daha da ürəklənib. Belə ki, AXCP, Müsavat və bu qəbildən olan siyasi təşkilatlar hakimiyyətin küncə sıxıldığı təbliğatını aparmağa başlayıblar. Hətta bəziləri tezliklə Qərbdən Azərbaycan hakimiyyətinə qarşı daha sərt təzyiqlərin başlanacağını bildirirlər.
Məsələylə bağlı fikirlərini "Unikal"la bölüşən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, radikal müxalifətin xəyanətlərinə öyrəşiblər. Onun sözlərinə görə, bu adamlar hansı tərəf pul verirsə, o tərəfə yıxılırlar: "Ötən il prezident seçkiləri ərəfəsində bu adamlar Milli Şura yaratdılar, Rusiyaya xidmət eləməyə başladılar. Sonra Rusiya bunlara yerini göstərdi. Ona görə də son günlər Qərbmeylli mövqe tuturlar. Əli Kərimli də, İsa Qəmbər də həmişə xaricdən pul alıb, ölkənin maraqlarını satıblar. Amerika səfiri əsassız olaraq, Azərbaycanın ünvanına məntiqsiz fikirlər səsləndirir. Belə bir adam nəinki səfir, heç adi səfirlik məmuru da ola bilməz. Amma Əli Kərimli, İsa Qəmbər kimiləri ölkəmizin maraqlarına ziddi mövqe tutaraq, anti-milli qüvvələrlə işbirliyi qururlar".
MMP sədri onu da qeyd edib ki, bu gün AXCP, Müsavat və bu kimi digər partiyaların maraqlarını ABŞ təmin edir deyə, onların yanındadırlar. "Kim pul verirsə, bunlar onun çaldığı havaya oynayırlar. Düzü, bunların belə bir mövqedə olması Azərbaycan üçün təhlükəlidir. Çünki bunlar hər an ölkənin maraqlarını sata bilərlər. Bir sıra ölkələr bu adamları müxalifət kimi qəbul ediblər. Onların bir qismi bizim radikal müxalifətin iç üzlərini bilmirlər. Bu baxımdan da müəyyən anlaşılmaz vəziyyət yarana bilər ki, bu da milli maraqlarımıza zidd ola bilər. İndi böyük güclər Azərbaycan üzərində oyun qurmaq istəyir. Radikal müxalifət də xəyanətkar mövqe tutub milli maraqlarımızı satmaqla məşğuldurlar. Bu adamlar hər an ölkədə aranı qatmaq üçün təfriqə salmağa da hazırdırlar. Ona görə də diqqətli olmaq lazımdır. Amma Müasir Müsavat Partiyası hər zaman bu mənfur qüvvələrin qarşısında sipər olacaq, onların sıradan çıxması üçün əlindən gələni edəcək".
BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı "Unikal"a açıqlamasında deyib ki, radikal müxalifətin imkanları olsa, şeytanı da müdafiə edərlər. Onun qənaətincə, onlar üçün təki Azərbaycan hakmiyyətinə ziyan dəysin deyə hər şeyə getmək olar: "Ancaq nə tez yadlarından çıxardıblar ki, heç bir il keçməyib ki, radikal müxalifətdən Rusiya Rüstəm İbrahimbəyov vasitəsi ilə "Milli Şura" adlı qurumdan istifadə etdi. Bəli, keçən il Putin İsa Qəmbərdən, Əli Kərimlidən, Rəsul Quliyevdən, Eldar Namazovdan və digərlərindən çox səmərəli şəkildə istifadə etdi. Prezident seçkilərində bu şəxslər az qala deyirdilər ki, ABŞ və Qərb Azərbaycanın düşmənidir. Oxuyun həmin ayların mətbuatını. Əli Kərimli Rusiyanı Azərbaycanın ən yaxın dost dövləti hesab edirdi. 2 milyon soyadaşımızın Rusiya vasitəsi ilə ailəsini dolandırdığını bildirirdi. Bütün imkanlarımızla Rusiya ilə yaxın, qonşuluq siyasətinin aparılmasını bəyan edirdi. İndi nə tez dəyişdiniz? Yenə olmusunuz "qərbpərəst". Sizə elə gəlmirmi ki, bu səfər də ABŞ sizdən istifadə edər? Neçə ki həmişə çomaq rolunu oynamısınız. Bu siyasi qüvvələr hal-hazırkı situasiyadan istifadə edirlər. Bunlar üçün əsas öz maraqlarıdır. Görmürsünüz bu gün özlərini neçə ABŞ yönümlü göstərirlər? Guya bunlar ABŞ-ın siyasi kursunu müdafiə edənlərdir. 1 il qabaq Əli Kərimli deyridi ki, daha Qərb siyasi dairələrinin qapılarına getməyəcəyik. İndi nə baş verdi? Əli Kərimli az qalır ABŞ səfirliyinin pəncərəsindən içəri daxil olsun. Radikal müxalifət ABŞ-la Azərbaycanın hazırkı vəziyyətindən yarınmaq istəyir".
BAXCP funksionerinin fikrincə, ABŞ radikal müxalifət partyalarına dedyiniz maliyyə yardımını ona görə ayır ki, Azərbaycan hakmiyyətinə təzyiq etsin: "ABŞ bilir ki, bu qüvvələr hər dəqiqə siyasi yönümün dəyişən qüvvələrdir. Bu qüvvələrə qətiyyən inanmır. Və bilir ki, bu siyasi təşkilatların Azərbaycanda hakimiyyətə gəlməsi Azərbaycan dövlətində sabitliyin dərhal pozulması deməkdir. Siz təsəvvür edin İsa Qəmbərlə Əli Kərimlinin birgə hakimiyyətini, yaxud da Rəsul Quliyevlə Arif Hacilını. Bu adamların hakmiyyəti heç 1 ay da çəkməz, çünki nəinki milli maraqları, bir-birlərini satamağa hazırdırlar. Bütün bunları ABŞ yaxşı bilir. Odur ki, Azərbaycan hakmiyyətinə təzyiq olunması üçün yenə də radikal müxalifətdən istifadə edir. Əli Kərimli "Azadlıq" qəzetində BAXCP sədri Qüdrət Həsənquliyevə qarşı çirkin kampaniya apartdırır. Guya Qüdrət bəy "rusiyapərəst"dır. Qüdrət bəy həmişə parlamentdə, NATO-nun tədbirlərində cəsarətlə deyir ki, Azərbaycan sülh yolu ilə Qarabağı azad edə bilməyəcəksə, yeganə yolu müaharibədə görür və biz müharibə ilə Qarabağı azad edəcəyik. BAXCP-ni müharibə partiyas kimi tanıyırlar. Ancaq, Əli Kərimli bir dəfə də olsun qorxusundan "müharibə etməlyik" ifadəsini işlədibmi? bunu deməyə cəsarəti çatarmı? Qərbin qorxsundan deməyəcək də".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49