Politoloq: "Ohanyan mərmilərin ora-burasına baxmaqla Azərbaycan hərbçilərinin savadını tədqiq edə bilər"
09:34 01-06-2014
CƏMİYYƏT
Politoloq: "Ohanyan mərmilərin ora-burasına baxmaqla Azərbaycan
hərbçilərinin savadını tədqiq edə bilər"
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Rusiyanın Azərbaycana silah satmasından narahat olduqlarını bildirdi, eyni zamanda Rusiyanın Azərbaycana silah satmasını müzakirə və mühakimə etmək ixtiyarının olmadığını bildirdi. Onun bu bəyanatı ermənilərin Dağlıq Qarabağı özündə saxlamaq iradələrinin zəiflədiyini göstərir.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.
Politoloq deyib ki, əvvəllər Rusiyanın bundan qat-qat zəif dəstəyinə ermənilər kəskin etiraz bildirərdilər. İndi S.Ohanyanın hətta Rusiyanın rolunu müzakirə etməyə cəsarəti çatmır: "Digər tərəfdən, S.Ohanyanın özünün və əməkdaşlarının Azərbaycanın silahlanmasına qəribə münasibətləri formalaşıb. S.Ohanyanın fikrincə, Azərbaycan Rusiyadan müasir silahlar almasına baxmayaraq bu silahlardan istifadə edə bilmir. Bir az öncə Müdafiə Nazirliyinin kurasiyasında olan ekspertlərdən biri bildirmişdi ki, guya Azərbaycanda pilotsuz uçuş aparatı ilə vertolyotu fərqləndirə bilmirlər. Bir az daha öncə isə Ermənistanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri A.Ovannisyan Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatının hazırlanması və mətbuata yerləşdirilməsinin vaxtları arasında "uyğunsuzluq" tapmışdı".
M.Əhmədoğlunun fikrincə, S.Ohanyanı, Ermənistanın hərbi ekspertlərini, eləcə də A.Ovannisyanı bu iddialarına görə günahlandırmırıq. Çünki onlar hər tərəfdən savadsız ermənilərlə, o cümlədən savadsız gənclərlə əhatələniblər: "Bu mühitdə kriminal parametrlər savad və bilik kimi kateqoriyalardan daha üstündür. S.Ohanyan başda olmaqla Ermənistan hərbçiləri üçün savadlılıq nümunəsi prezident S.Sarkisyan, baş nazir O.Abramyan və Parlamentin spikeri Q.Saakyandır. Bunların savadlı, elm tutumlu bəyanatları və ləqəbləri həqiqətən Şnobel mükafatına layiqdir. Öz ətraflarındakı savadsızlığı və nadanlığı xəyalən Azərbaycana ekstrapolyasiya edirlər. Müasir Azərbaycan gəncliyi savad və bacarığına görə Ermənistan və MDB-dəki erməni gəncliyini üstələyib, sorağı dünyanın iri elmi mərkəzlərindən gəlir. Erməni gəncliyi isə etnokriminallığı inkişaf etdirməklə məşğuldur".
Politoloq qeyd edib ki, Azərbaycan indi kosmik mərkəzə çevrilib - kosmik peyki idarə edir, ölkə üzərindən uçan kosmik peyklərin fəaliyyətinin koordinasiyasını və monitorinqini apara bilir: "Azərbaycanın kosmos üzrə mütəxəssislərinin kontenti Fransadan əlavə 2 peyk almağa və daha sonra da özümüzün iki peykimizi orbitə buraxıb idarə etməyə imkan verir. Bu peyklərin bir qismi Azərbaycanın işğal olunmuş ərazilərinin online rejimdə monitorinqini aparacaq. Kifayət qədər mütəxəssislərimiz var. Elə əksəriyyəti də Fransa və ABŞ-da təhsil almış gənclərdir. Yüksək Texnologiyalarla məşğul olan nazirlik bəlkə də dünyada ilk olaraq Azərbaycanda yaradıldı. Belə olan təqdirdə Azərbaycanı müasir silahları idarə edə bilməməkdə ittiham etmək S.Ohanyanın öz erməni xalqına münasibətindən yaranan keyfiyyətidir.
Yaxınlarda RF-dən alınan silahların bir qismi S.Ohanyana doğru gedəcək, uçacaq. Mərmilərin ora-burasına baxmaqla Azərbaycan hərbçilərinin savadını tədqiq edə bilər".
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50