Azay Quliyev: "İctimai şuraların yaradılmasına tam hazırıq"
08:32 11-06-2014
CƏMİYYƏT
Azay Quliyev: "İctimai şuraların yaradılmasına tam hazırıq"
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev "İctimai iştirakçılıq haqqında" qanunun tətbiqini asanlaşdırmaq məqsədilə Nazirlər Kabinetinin bu günlərdə təsdiqlədiyi əsasnaməyə münasibət bildirərək deyib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə" qanunun tələbinə uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında yaradılacaq ictimai şuraların vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsi qaydalarını müəyyən edir.
Əsasnaməyə görə ictimai şuraya üzv olan vətəndaş cəmiyyəti institutlarının nümayəndələri gizli səsvermə yolu ilə seçiləcək. Bununla əlaqədar olaraq mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının yanında 9 nəfərdən ibarət seçki komissiyaları yaradılacaq. Onlardan 4 üzv mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları, digər 5 üzv isə mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə müvafiq sahə üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının nümayəndələri olacaq. Beləliklə, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında yaradılacaq ictimai şuralara seçkilərin tam şəffaf və demokratik keçirilməsi "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanununun qüsursuz tətbiqinə əlavə imkanlar yaradacaq. Bu baxımdan əsasnamənin qəbuluna görə Nazirlər Kabinetinə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, İctimai şuraların yaradılmasına tam hazırıq:" Məlum olduğu kimi 22 noyabr 2013-cü ildə Milli Məclis "İctimai iştirakçılıq haqqında" qanun qəbul edilib. 16 yanvar 2014-cü ildə qanun tətbiqi haqqında cənab prezident İlham Əliyev fərman imzalayıb. Fərmana görə, qanun 1 iyun 2014-cü il tarixdən qüvvəyə minib. Bütün bunlar cəmiyyətimiz və dövlətimizin həyatında olduqca mühüm hadisədir. Təsəvvür edin ki, bu qanun imkan verəcək ki, 16 yaşına çatmış istənilən Azərbaycan vətəndaşı mərkəzi və yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuraların üzvü olsun, ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda sözünü desin və əhalinin qanuni marağını qoruya bilsin. Bax, budur bu qanun əsas mahiyyəti. Ona görə də hesab edirəm ki, ictimai və ya vətəndaş iştirakçılığının bu səviyyədə tətbiqi indiyə kimi Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət - vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaqdır. İnanıram ki, həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları ictimai şuraların yaradılması prosesində xüsusi fəallıq nümayiş etdirəcək və dövlətimizin yaratdığı bu imkandan səmərəli şəkildə istifadə edəcəklər".
Əli
Digər Xəbərlər
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00