Qərb Əli Kərimlinin xəyanətini bağışlamadı
11:43 24-06-2014
İQTİSADİYYAT
Qərb Əli Kərimlinin xəyanətini bağışlamadı
Son seçkilərdən sonra AXCP can verir
Prezident seçkilərindən sonra müxalifət heç bir halda ayağa dura bilmir. Əsasən də AXCP bu seçkilərdə bir tərəfdən aparıcı üzvlərini itirdi, digər tərəfdən isə Müsavatla əməkdaşlığına son qoydu.
Bununla da belə rəy yarandı ki, AXCP sədri Əli Kərimli ətrafına və müttəfiqlərinə səmimi deyil və təklənə-təklənə gedir. Diqqət yetirin, 2003-cü ildən bəri Əli Kərimlinin həyata keçirtdiyi siyasət nəticəsində partiyanın yaradıcılarından biri də partiyada qalmadı. Milyonlarla manat dəyərində sərvətə sahiblənən AXCP sədri ətrafını səfilliklə imtahana çəkərək onların partiyadan uzaqlaşmasına və mütləq hakim olmasına nail oldu. Amma sonra anladı ki, kifayət qədər ciddi simaların ətrafından getməsi onun ciddiliyini azaldır. Bu səbəbdən də ötən ildən partiyanın təşkilatlanması, qalanları qoruyub saxlamaq şərti ilə gəncləri partiya sıralarına cəlb etməyə çalışdı. Bunun üçün isə sosial şəbəkələrin imkanlarından yararlanmağa başladılar. Müxtəlif səhifələr açaraq gəncləri mübarizəyə səsləməyə, yaxşı gələcək vəd etməyə başladılar. Hətta belə fikirdə səsləndirildi ki, müxalifət sıralarına qatılıb aksiyalarda aktiv iştirak etdiklərinə görə ali təhsil müəssisələrindən qovulan gənclər xaricdə təhsil ala biləcəklər. Bununla bağlı hətta danışıqlar apardıqlarını da bildirdilər. Bu cür vədlərə inanan onlarla gənc AXCP-yə üz tutdu. Amma qanunsuz aksiyalarda iştirak etdiklərinə görə cəzalandırılan gənclər AXCP-in yadına belə düşmədi. Həbsdə olan AXCP üzvləri isə çoxdan unudulmuşdu. Bildirilir ki, məhz Əli Kərimlinin maraqları ucbatından 5 ildən çox həbsdə yatan Rüslan Bəşirlinin bu müddət ərzində bir dəfə də olsa, ailəsinə maddi və mənəvi dəstək verilməyib. Bunun qarşılığında isə Əli Kərimlinin oğlu Londonda təhsil almağa göndərildi. Sözsüz ki, bu haqsızlığı görən digər gənclər kimi Ruslan Bəşirli də AXCP-ni tərk etdi. Hətta bu da bildirilir ki, hazırda onlarla gənc var ki, AXCP-də ki, haqsızlıqlara görə partiyadan getmək istəsələr də, bu addımı atmaqdan çəkinirlər. Çünki Əli Kərimli və dəstəsi elə bir şantaj sistemi qurublar ki, onların dediyinin əksini deyən partiya üzvü anındaca hakimiyyətə işləməkdə günahlandırılır və ictimai müzakirəyə çıxarılır. Amma bu cür iyrənc kompaniyalara baxmayaraq, prinsipial şəxslər Əli Kərimli ilə yollarını ayıra bilirlər. Elə son prezident seçkilərində , prinsipiallığı ilə seçilən Asəf Quliyevində istefası buna misaldır. AXC yaranan zamandan burda təmsil olunan Asəf Quliyev səfalət içində yaşasa da, mübarizəsini davam etdirirdi. Amma son prezident seçkilərində Əli Kərimlinin gözlənilmədən Rusiyanın oynuna qatılması Əbülfəz Elçibəy tərəfdarlarını sarsıtdı və Asəf Quliyev başda olmaqla, klassik cəbhəçilər partiyadan imtina etdilər.
Yeri gəlmişkən, bunu da qeyd edək ki, Əli Kərimli məqsədinə çatmaq üçün nəinki yaxın çevrəsini həm də illərdi ki, maliyyə aldığı Qərb institutlarını da bir anın içində satdı. Belə ki, prezident seçkiləri zamanı Rusiya Azərbaycan hakimiyyətinə təzyiqlərini artırmaq üçün "5-ci kalon"u hərəkətə gətirdi və Milli Şura projesi işə salındı. Müsavat və digər ənənəvi müxalifət qüvvələri prosesə maraq göstərməsələr də, AXCP bütün imkanlarını işə salaraq, Rusiya projesinin bir nömrəli oyunçusuna çevrildi. Məhz, Əli Kərimlinin bu dönüklüyündən sonra qərb demək olar ki, Əli Kərimli ilə yollarını ayırdı. Amma Əli Kərimli ənənəsindən imtina etməyərək, bu dəfə də Qərbi hakimiyyətlə işbirliyində ittiham etməyə başladı. Amma unutdu ki, Qərb aldadılaraq mitinqə çıxarılan hansısa gənc deyil, məhz, Əli Kərimlinin bu dönüklüyünə görə Qərb onlarla faktiki olaraq əməkdaşlığını kəsib və bunun nəticəsidir ki, bir ildir ki, AXCP özünü toparlayıb yenidən siyasi meydana çıxa bilmir. Hətta partiyanın tükənməsinə görə bələdiyyə seçkilərində iştirakları da mümkünsüzləşib.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53