Müxalifətin bələdiyyə uğursuzluğu
09:53 10-07-2014
CƏMİYYƏT
Müxalifətin bələdiyyə uğursuzluğu
YAP gəncləri önə çəkəcək
Bələdiyyə seçkilərinə demək olar ki, çox az vaxt qalıb . Amma deyəsən ölkədəki siyasi qüvvələr bələdiyyə seçkilərinə o qədər də maraq göstərmirlər. Bunun başlıca səbəblərindən biri sözsüz ki, bələdiyyələrin ölkədə ciddi səlahiyyətlərə sahib olmamasıdır.
Məsələn, qonşu Türkiyədə bələdiyyələr kifayət qədər səlahiyyətlərə sahibdirlər və bələdiyyə seçkilərində qalib gəlmiş partiyalar həmçinin parlament seçkilərində də qələbələrini təmin edə bilirlər. Bu səbəbdən bələdiyyə seçkiləri Türkiyədə çox nüfuzlu seçkilər hesab edilir. Amma keçmiş sovetlər birliyində olan ölkələrin heç birində bələdiyyə institutları özünü doğrultmadı. Çünki icraedici strukturlar kifayət qədər səlahiyyətlərə sahibdilər və icraedici strukturların yanında bələdiyyələr yedək təşkilat rolunu oynayırlar. Düzdür bələdiyyələr təzə yaranan zaman torpaq bölgüsündə mühüm rol oynadıqlarına görə bələdiyyələrin müəyyən nüfuzu yaranmışdı. Amma sonradan aydın oldu ki, bir sıra bələdiyyələr qanunsuz torpaq biznesi ilə məşğul olublar. Məhz bundan sonra bələdiyyələrə ciddi qadağalar tətbiq olundu və bununla da nüfuz itkisinə məruz qaldılar. Amma bu gün siyasi qüvvələrin bələdiyyə seçkilərində iştirak etməmələri və ya zəif iştirak etmələrinin həm də siyasi tərəfləri var. Bunlar nədir? İlk növbədə son prezident seçkilərini yada salmaq kifayət edir ki, real mənzərəni görə bilək. Prezident seçkiləri zamanı aydın oldu ki, müxalifət partiyaları o qədər tükəniblər ki, cəmiyyətin heç bir şəkildə marağını özlərinə cəlb edə bilmirlər. Hətta buda məlum oldu ki, partiya olaraq AXCP və Müsavat prezident seçkilərində iştiraka hazır deyillər. Çünki mövcud olan öz sosial bazaları belə artıq onlara inanmır və seçkilərə partiya olaraq getsəydilər, 0, 2 faizdən artıq səs toplaya bilməyəcəkdilər. Elə buna görə də diqqəti özlərinə cəlb etmək üçün Milli Şura yaradaraq vahid namizədlə seçkilərə qatıldılar. Amma bu oyundan da uğurla çıxa bilmədilər. Prezident seçkilərində həm də aydın oldu ki, illərlə AXCP və Müsavat sıralarında olan adi vətəndaşlar artıq müxalifət olmaqdan beziblər və buna görə təmsil olunduqları siyasi partiyalarla aralarında məsafə saxlayırlar. Belə olan halda prezident seçkilərindən ciddi itkilərlə çıxan müxalifət hansı imkanlarla bələdiyyə seçkilərinə qatılsınlar? Həqiqətən də müxalifətin partiya olaraq strukturları, rayon təşkilatları dağınıq vəziyyətdədir və yalnız Bakının bir neçə rayonunda min, iki min nəfərlik sosial bazaya sahibdirlər ki, bununla da heç nəyə nail olmaq mümkün deyil. Müxalifətin aldığı daha ağır zərbə Avropadan oldu. Son prezident seçkilərinə qədər müxalifət ümid edirdi ki, beynəlxalq təşkilatlar onlara dəstək verəcək və ən azından 30-40 faizlik səs toplamaqla siyasi çəkilərini artıracaqlar. Amma aydın oldu ki, beynəlxalq təşkilatlar müxalifətə ciddi yanaşmır və heç bir dəstək vermədi. Düzdür, müəyyən qüvvələr ölkədə siyasi gərginlik yaratmaq üçün bəzi qüvvələrlə işbirliyi qurdular. Amma bu sadəcə olaraq müxalifətdən istifadə cəhdi idi. Məhz bu səbəblərə görə bu gün müxalifət bələdiyyə seçkilərinə hazırlıq görə bilmir və hətta seçkilərə qatılsalar belə 1-2 faizdən artıq səs qazana bilməzlər. Müxalifətdən fərqli olaraq Yeni Azərbaycan Partiyası artıq bələdiyyə seçkiləri ilə bağlı taktiki və strateji planlarını işləyib tamamlayıb.
"Yeni Azərbaycan Partiyasında dekabr ayında keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı işlər aparılır. Partiyanın istər mərkəzi strukturları, istərsə də yerli strukturları artıq hazırlıqlara başlayıblar".Bunu jurnalistlərə açıqlamasında YAP sədrinin müavini, baş nazirin müavini Əli Əhmədov deyib. O bildirib ki, YAP bələdiyyə seçkilərində yenə uğur qazanacaq:
"Seçkilərə hazırlığın bir çox istiqamətlərindən biri də namizədlərin müəyyənləşdirilməsidir. YAP bələdiyyələrdə geniş şəkildə təmsil olunub. Bizim dəyərləndirməmizin bir istiqaməti də ondan ibarət olacaq ki, ötən 5 il ərzində partiyanı bələdiyyələrdə təmsil edən üzvlər necə fəaliyyət göstəriblər, onlardan neçə nəfərinə yenidən etimad göstərilə bilər və sair. Bunların arasında etimadı doğruldanlar yenidən bələdiyyələrdə təmsil olunmaq şansı qazanacaqlar, YAP tərəfindən namizəd kimi irəli sürüləcəklər. Təbii ki, yeni, gənc nəsil də ictimai-siyasi həyatda yaxından iştirak etmək istəyini ortaya qoyur. Beş il ərzində bacarıqlı, ictimai-siyasi həyatda özünü göstərmiş gənclərin içərisindən seçim edəcəyik". Ekspertlər hesab edir ki, Yeni Azərbaycan Partiyası bu seçkilərdə daha çox gənclərə yer verməklə həm də parlament seçkiləri ilə bağlı strateji hazırlıqlarını həyata keçirəcəklər. Artıq indidən belə rəylər də səslənir ki, parlamentin tərkibi 70 faizdən çox dəyişəcək və daha çox gənclərə yer veriləcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 08:37:37
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04