Milli Şurada növbəti qarşıdurma
10:37 16-07-2014
CƏMİYYƏT
Milli Şurada növbəti qarşıdurma
Bələdiyyə seçkiləri Əli Kərimli ilə Cəmil Həsənlini üz-üzə gətirib
Müxalifətin ən qısa ömürlü birliyi olan Milli Şura ağır günlərini yaşayır. AzDP sədri Sülhəddin Əkbərin və tərəfdarlarının istefasından sonra Milli Şura daha kritik duruma düşüb.
İş o yerə çatıb ki, neçə vaxtdan bəri elan olunsa da, qurumun sessiyasını keçirə bilmirlər. İndi də sessiyanın ölkədən kənarda, tiflisdə keçirilməsi məsələsi gündəmə gəlib. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev deyib ki, qurumun sessiyasının Tiflisdə keçirilməsi məsələsinə dair qurumun rəhbərliyində hər hansı qərar yoxdur. O bildirib ki, sessiyanın keçirilməməsi yerlə əlaqədar olsa da, bunun üçün Tiflisə getməyə ehtiyac yoxdur: "Əlbəttə, Milli Şuranın bəzi üzvləri sessiyanın keçirilməməsindən narahatdır. Məlumdur ki, problem yerlə bağlıdır. Hara müraciət etsək də razılıq əldə edə bilmirik. Bu səbəbdən də bəzi üzvlər sessiyanın Gürcüstanda keçirilməsi variantı ilə çıxış ediblər. Lakin məsələyə reallıqla yanaşmaq lazımdır. Çünki Milli Şuranın orada sessiya keçirmək imkanı yoxdur". Xatırladaq ki, Milli Şuranın üzvü Namizəd Səfərov mətbuata açıqlamasında sessiyanın Tiflisdə keçiriləcəyini bildirib.
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Milli Şura adlı qurum artıq yoxdur. Onun sözlərinə görə, indi bu cür məsələləri ortaya atırlar ki, gündəmdə qalsınlar: "Fikir verirsinizsə, bu xəyanətkarlar yuvası sayılan Milli Şura tamamilə məhv olub. Sülhəddin Əkbər də yanlış yolda olduğunu görüb onlardan uzaqlaşdı. İndi Kərimov Əli ilə Həsənli Cəmil baş-başa verib Milli Şuranın çulunu sudan çıxarmağa çalışırlar. Amma ortada güc olmadığına görə heç bir iş görə bilmirlər. Ona görə də, gündə bir hoqqa çıxarırlar. Gah Tiflisə gedirlər, gah özlərinin içində qarşıdurma yaradırlar. Bu adamların əsas məqsədi odur ki, gündəmdə qalsınlar və Azərbaycanın maraqlarına zidd fəaliyyətlərini davam etdirsinlər. Çünki buna görə Azərbaycanın inkişafını istəməyən qüvvələrə onlara çaliyyə verirlər".
Partiya sədrinin sözlərinə görə, çox keçmədən Əli Kərimli ilə Cəmil Həsənli bir-birlərini qıracaqlar. MMP sədri hesab edir ki, Azərbaycanın düşmənlərindən aldıqları pulu bölüşdürə bilməyənlər davaya başlayacaqlar.
Qeyd edək ki, parçalanmış Milli Şura daxilində də fikir ayrılıqları yaşanmaqdadır. Milli Şuranın sədri Cəmil Həsənli bələdiyyə seçkiləri ilə bağlı sualı cavablandırarkən seçkilərdə iştirakla bağlı hələ də qurum daxilində qərar verilmədiyini bildirmişdi: "Milli Şura bu barədə son qərar verməyib. Lakin şurada təmsil olunan siyasi partiyaların və ictimai təşkilatların bələdiyyə seçkilərinə getməsinə normal yanaşır. Biz hesab edirik ki, bələdiyyə seçkilərinə seçki islahatlarına başlamaq məqamı kimi yanaşmalıyıq. Bələdiyyələr bir qayda olaraq icra orqanlarının yedək orqanına çevrilib və heç bir hakimiyyət mexanizminə malik deyil. Yəni həm seçki islahatı, həm də bələdiyyə islahatları ictimai-siyasi zərurət xarakteri daşıyır".
Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə deyib ki, Şuraya daxil olan bəzi partiyalar seçkilərdə iştirakla bağlı qərar qəbul ediblər: "Biz buna normal yanaşırıq. Çünki Milli Şura yarananda bu barədə qərar qəbul edilməyib. Bu baxımdan seçkilərdə iştirak etmək quruma daxil olan hər bir partiyanın hüququdur. Amma reallıq bundan ibarətdir ki, indiki şəraitdə ən çox seçki komissiyalarının tərkibinin dəyişdirilməsi istiqamətində fəaliyyətimizi genişləndirməliyik. Bələdiyyələrin statusları, təsir imkanları məhdudlaşdırılır. İnsanlarda da artıq seçkilərlə bağlı pessimistlik hökm sürür".
"Unikal"ın əldə etdiyi məlumata görə, AXCP-nin yerlərdəki bəzi nümayəndələri seçkiyə qatılmaq istəsələr də, Əli Kərimli buna imkan vermir. Hətta bir neçə partiya funksioneri də bələdiyyə seçkilərində iştirak etməyin vacibliyini vurğulayıb. Amma Əli Kərimli çoxluğa qarşı çıxaraq, boykot variantının üzərində dayanıb. AXCP sədrinin bu davranışına Cəmil Həsənli də sərt reaksiya verib. Belə ki, Milli Şura sədri heç olmasa, Şuraya daxil olan partiyaların üzvlərinə seçkidə iştirak məsələsində sərbəstliyin verilməsini istəyib. O, bu təklifində israrlı olacağını da vurğulayıb. Yəqin ki, razılaşma olmasa, qarşıdurma daha da böyüyəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22