İsrail Türkiyədəki bütün diplomatlarını geri çağırdı
11:52 19-07-2014
İQTİSADİYYAT
İsrail Türkiyədəki bütün diplomatlarını geri çağırdı
İsrail Türkiyədən bütün diplomatlarını geri çağırmaq haqqında qərar verib.Bu barədə məlumatı İsrail mətbuatı yayıb. Məlumatda bildirilir ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman Türkiyədə rəsmi Təl-Əvivi təmsil edən bütün diplomatlarını geri çağırıb. Buna səbəb Türkiyədə İsrail səfirlikləri və konsulluqları önündə İsrailin Qəzzanı bombalamasına etiraz əlaməti olaraq keçirilən aksiyalardır.
Aviqdor Liberman isə diplomatların təhlükəsizliyi məsələsinə görə Türkiyəni ittiham edib. O bəyan edib ki, Türkiyə təhlükəsizlik xidmətləri İsrail diplomatik korpus və onun nümayəndələrinin təhlükəsizliyi ilə bağlı vəzifənin öhdəsindən gəlmir. İsrail xarici siyasət idarəsinin rəhbəri buna görə Türkiyəyə nota göndərəcəklərini də vurğulayıb. Qeyd edək ki, 10 gündür İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində 270 nəfər dinc sakinin öldüyü bildirilir. Bununla yanaşı, İsrail Qəzzaya quru əməliyyatlarına da başlayıb.
İsrailin Qəzza ilə bağlı siyasətinin ən kəskin tənqidçilərindən biri də Türkiyədir. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və digər hökumət rəsmiləri Qəzza bombardmanlına görə İsrail əleyhinə sərt bəyanatlar səsləndirib.
İsrailin Qəzzanı bombalamasına etiraz əlaməti olaraq bu ölkənin Türkiyədəki diplomatik nümayəndəlikləri önündə aksiyalar da keçirilib.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53