Həsən Həsənovun meyitinin qaytarılması barədə müraciət Allahşükür Paşazadə tərəfindən qəbul edildi
10:55 06-08-2014
CƏMİYYƏT
Həsən Həsənovun meyitinin qaytarılması barədə müraciət Allahşükür Paşazadə tərəfindən qəbul edildi
Ermənilərin Kəlbəcərdə öldürərək Qarabağda dəfn etdikləri Azərbaycan vətəndaşı Həsən Həsənovun meyitinin qaytarılması ilə bağlı ailəsinin müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) şeyxülislam hacı Allahşükür Paşazadə tərəfindən qəbul edilib.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın verdiyi məlumata görə, müraciət şeyxə bu gün təqdim olunub və orada ailəsi tərəfindən Həsənin meyitinin geri qaytarılmasına yardım olunması xahiş olunur.
R. Dadaşova qeyd edib ki, hazırda şeyx müraciətə baxır və hansı formada yardımın edilməsi müzakirə olunur. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər rayonunda 3 Azərbaycan vətəndaşını girov götürüb. Həmin şəxslər Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovdur. Həsən Həsənov ermənilər tərəfindən öldürülüb və Dağlıq Qarabağda BQXK-nın nümayəndəsinin iştirakı ilə dəfn olunub.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22