Məmurların daha bir biznesinə ağır zərbə hazırlanır
12:19 17-09-2014
İQTİSADİYYAT
Məmurların daha bir biznesinə ağır zərbə hazırlanır
Masaj salonları adı altındakı qaranlıq pul mənbələri də sıradan çıxarıla bilər
Paytaxtın bir çox yerlərində onlara rast gəlmək mümkündür. Təkcə küçələr deyil, eləcə də sosial şəbəkələr və internetdə də dırnaqarası hər növ masaj ustalarının elanlarını görmək olar.
Yalnız kişilərə xidmət göstərən qadın masajçılar masajın hansı növünü onlara tədbiq edir - deyə bilmərik. Amma hər halda masaj salonları haqqında şəhər sakinlərinin fikirləri də müsbət deyil.
Bakıda masaj salonlarından birinin nümayəndəsi ikibaşlı fəaliyyət göstərdiklərini təsdiqləyir. Həm intim, həm də sadəcə ad olsun deyə masaj yazdıqlarını bildirir. Bu ad altında fəaliyyət göstərən belə salonlar isə heç də az deyil.
Masaj salonlarından birinin qapının qarşısında bizi qarşılayan 55-60 yaşlarında bu xanım içəridən kiməsə səslənir. Sonradan aydın olur ki, sən demə, masaj salonunu və orada dırnaqarası masaj edənləri fırladan bu xanım imiş.
Qarşılaşdığımız mənzərə isə sadəcə dəhşət idi. Gecə saat 10-dan səhər saat 5-ə qədər kişilərə "müəyyən" masajlar edən xanımlar yorulub əldən düşüb. Elə salondaca yuxuya gediblər.
Qalanları isə min cəhdlə hələ də canının sulu olduğuna müştərini inandırmağa çalışır.
Növbəti üz tutduğumuz məkan da masaj salonu adı altında fəaliyyət göstərir. Amma burada da məqsəd başqadır. Masaj otağında yaşı 22-dən tutmuş 35-ə qədər olan xanımlar saatı 30 manatdan başlayan qiymətlərlə masajdan başqa nə işlə desən məşğuldurlar.
Ən dəhşətlisi isə odur ki, bu salonlarda xidmət göstərənlərin onların dili ilə desək, "masajistkaların" heç birinin nə bu sahə üzrə təhsili, nə də onlarda hər hansısa bir xəstəliyin olub-olmaması barədə tibbi arayışları yoxdur. Bu isə istənilən xəstəliyin çox asanlıqla şaxələnməsinə səbəb ola bilər.
Bu, bir jurnalist kimi apardığımız bir neçə saatlıq araşdırmanın nəticəsi idi. Masaj adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən 3 salonu aşkara çıxardıq. Hər halda aidiyyəti qurumlar bunu gördü və yaxın zamanlarda bu salonlar haqqında bir tədbir görülər.
Əslində qeyd etmək yerinə düşər ki, hüquq-mühafizə orqanları vaxtaşırı haqqında danışılan obyektlərdə reydlər keçirilir və bir çox hallarda bu reydlər nəticəsində massaj salonlarının əslində "əxlaqsızlıq yuvası" olduğu təsdiqini tapır, onlar bağlanır, sahibləri cəzalandırılır.
Amma belə salonların miqyası o qədər böyükdür ki, onların hamısına nəzarət imkanları məhduddur. Yəni bu problemi yalnız hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə həll etmək o qədər də asan deyil. Üstəlik, bu, əsas həll yolu ola bilməz.
Başqa tədbirlərin həyata keçirilməsi də zəruridir. Bir müddət əvvəl professor Adil Qeybulla da masaj salonlarına nəzarətin vacibliyini vurğulamışdı: "Xarici ölkələrdə masaj salonlarına ciddi dövlət nəzarəti var. Azərbaycanda da həm qeyri-millətdən olanların, həm də azərbaycanlıların açdığı masaj salonlarında mütəmadi yoxlamalar aparılmalıdır". Hesab olunur ki, xüsusilə Səhiyyə Nazirliyi masaj salonlarını lisenziyalaşdırmalı, onların fəaliyyətinin tənzimləməsində əhəmiyyətli rol oynamalıdır.
Qeyd edək ki, bu məsələ bir neçə dəfə gündəmə gəlib. Amma masaj salonlarına Səhiyyə Nazirliyinin heç bir nəzarəti yoxdur, qurum heç bir masaj salonunu lisenziyalaşdırmır. "Əgər həmin salonlarda tibbi xidmət göstərilmirsə, ona lisenziya verilmir. Əgər onlar sırf masajla məşğul olursa, bu başqa məsələ" - bir müddət əvvəl nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli mətbuata açıqlamasında demişdi.
Halbuki bəzən massaj salonlarının sahibləri öz fəaliyyətləri üçün Səhiyyə Nazirliyindən hansısa icazə aldıqlarını bildirirlər.
Ümumiyyətlə, ekspertlər hesab edir ki, belə obyektlərin fəaliyyəti ilə bağlı daha geniş tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir. Üstəlik, belə obyektlər bir çox hallarda müəyyən vəzifəli şəxslərin gizli himayəsi altında fəaliyyət göstərir. Həmin məmurlar nəzarətlərindəki bu və buna bənzər obyektlərin "təhlükəsiz fəaliyyəti" üçün öz imkanlarından maksimum yararlanırlar.
Belədə isə bir çox hallarda sözügedən obyektlərin qanunsuz fəaliyyətinə müdaxilə etmək imkanları mümkünləşir.
Ona görə də hesab olunur ki, şadlıq evləri kimi, sözügedən obyektlərin fəaliyyətinə də hökumətin müdaxiləsi, onları qanunun tələbləri çərçivəsində işləməyə sövq etmələri təqdirəlayiq addım olardı. Hətta belə iddialar var ki, problemin kifayət qədər ciddiliyi, bu mövzuda ictimai rəyin narahatlıqları və mətbuatın daim bu mövzu ilə bağlı ortaya çıxardığı xorşagəlməz faktlar artıq məmurların "massaj biznesi" ilə bağlı da tezliklə müəyyən təsirli addımların şahidi ola bilərik.
Hər halda ümid edək ki, belə iddialar tezliklə realaşmağa başlayacaq. Bununla da müəyyən məmurların milli-mənəvi dəyərlərlə uyğun gəlməyən, qanundankənar, ən əsası isə vətəndaşların tibbi təhlükəsizliyi üçün təhdid rolu oynayan qaranlıq gəlir mənbələri sıradan çıxacaq.
Şübhəsiz ki, onlar qazanclarını itirəcək, amma əvəzində qazanan vətəndaşlar olacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53