Kamil Vəli Nərimanoğlunu biabır edəcək faktlar "Unikal"da
11:07 20-09-2014
İQTİSADİYYAT
Kamil Vəli Nərimanoğlunu biabır edəcək faktlar "Unikal"da
Vaxtiylə Əli Kərimlini "zurnaçı" adlandıran, yan-yörəsində gəzərək şər-böhtan kampaniyası aparan "alim"ə müxalifətdən sərt cavab
Məlum olduğu kimi, "Azadlıq" qəzetində "Əl-müxalifət və əl müxalifəti" adlı yazı yazan Kamil Vəli Azərbaycanın müxalifət partiyaları arasından yalnız yazısı dərc olunan qəzetin faktiki sahibi Əli Kərimlini ayıraraq, digər partiya və qurumları təhqir edib.
O, müxalifət təmsilçiləri barədə aşağılayıcı və etikadan kənar ifadələr işlədib. Əslinə qalanda, məsələnin mahiyyətinə varmadan ona-buna qara yaxmaq Kamil Vəli Nərimanoğlunun köhnə peşəsidir. Gənc yazarlardan tutmuş, müxalifət nümayəndələrinə qədər hər kəs onun hansı məhsəbə qulluq etdiyini, haqsız olduğunu görəndə şər-böhtana əl atdığını gözəl bilirlər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Kamil Vəli Nərimanoğlunun Azərbaycan müxalifəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Bu barədə lent.az portalına açıqlama verən BAXCP sədri K.V.Nərimanoğlunun iç üzünü açıb: "Kamil Vəli Nərimanoğlu indi "əl müxalifət" dediyi Əli Kərimlini bir vaxtlar "zurnaçı" adlandırırdı. Cəbhədə Əli Kərimli ilə maraqları toqquşanda "Yeni Müsavat" qəzetinə müsahibə vermişdi və Əli Kərimliyə "zurnaçı" demişdi. İndi, deyəsən, vərdişinə əməl edərək, yenidən fikrini dəyişib".
Q.Həsənquliyev deyib ki, Kamil Vəli bu yazısı ilə öz tərbiyəsini və səviyyəsini ortaya qoyub: "İndi tərif dediyi Əli Kərimli də vaxtilə Kamil Vəlini "parkinson xəstəsi" adlandırırdı. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra Kamil Vəli baş nazirin müavini kimi vəzifəsində qalırdı. O vaxt Heydər Əliyevin keçirdiyi bir müşavirədə onun başını təsdiq üçün yellədiyi görüntülərə baxanda Əli Kərimli deyirdi ki, bu adam vəzifəsini dondurmadığı bəs deyil, hələ bir yaltaqlanmaq üçün başını o qədər yelləyir ki, parkinson xəstələri kimi başı üstündə dayanmır. Amma bu yaltaqlığına baxmayaraq, Heydər Əliyev o vaxt onu vəzifədən azad edib, qovdu. İndi isə bu adam hakimiyyət əldə etmək üçün bütün səviyyəsizliklərə hazır olan yırtıcıya bənzəyir və zorən müxalifətdir".
Q.Həsənquliyev qeyd edib ki, bu gün Kamil Vəli ilə Əli Kərimli ilə bir xorda oxuması təəccüblü deyil: "Çünki elə Əli Kərimli də zorən müxalifətdir. Yadımdadır ki, o Heydər Əliyevdən səfir göndərilməsini belə xahiş etdi, amma bu da qəbul olunmadı. Görünür, Heydər Əliyev onun bir neçə "dostu" ilə birgə Elçibəyə xəyanət edərək daxili işlər nazirinin otağından ona zəng etmələrini unutmamışdı". Partiya sədri bildirib ki, K.Vəlinin mənəvi dəyərlərdən danışması çox gülməlidir: "Mərhum Elçibəyin onun qohumluq təklifindən imtina etməsindən sonra bu adamın Əbülfəz bəy barədə Əli Kərimliyə daşıdığı iyrənc informasiyalardan hamının xəbəri var".
Xatırladaq ki, bu yazıda Kamil Vəli həm də Azərbaycanda yaşayan bütün insanları aşağılayıb: "Vallah iş o yerə gəlib çatıb ki, bu canım-gözüm Vətənimdə namuslu insan görəndə, istər qadın olsun, istər kişi, istər yaşlı olsun, istərsə cavan vicdanlı şəxsiyyət görəndə əlim üzümdə qalır. Və istər-istəməz fikirləşirəm: "İlahi, bu adam bu ölkədə necə yaşayır?. O zaman sual ortaya çıxır: "Bəs Kamil Vəlinin bayaqdan tərif deyib, göyə qaldırdığı "əl-müxalifət"? Onlar da "namus və vicdandan" xali qaldılar? Buna deyirlər, başını itirmək! Allah şəfa versin!".
"Unikal"a daxil olan məlumata görə, Kamil Vəli Nərimanoğlu Türkiyədə də öz əməllərindən geri qalmayıb. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Kamil Vəli Kiprdə universitetdə rüşvətxorluq üstündə biabır olmuşdu: "Onu bir neçə il öncə Kiprdə Universitetdə rüşvət aldığına görə işdən qovmuşdular. Hətta haqqında cinayət işi açılırdı. Amma Elçibəyə yaxın olmuş şəxslərin xahişindən sonra cinayət işi açılmadı. Yəni, bu adamın işi rüşvət almaq, vəzifəsindən sui-istifadə etmək olub. Ancaq burda psevdo-müxalifətçilik edərək rüşvət və korrupsiyaya qarşı mübarizə aparmaq görüntüsü yaradıb".
Onu da nəzərə çatdıraq ki, Kamil Vəli Nərimanoğlu siyasi karyerasında ikiüzlü siyasət yürütməkdə ad qazanan müxalifətçilərdəndir. Onun müxalifət daxilində araçı, söz gəzdirən, üzə gülərək arxaca danışan imicinə sahib olduğunu keçmiş hərəkat nümayəndələrinin hamısı bilir. İndi isə müxalifət libası geyərək ölkənin sağlam müxalifətinə qarşı qara piar kampaniyası aparır. Ancaq ən yüngül araşdırma nəticəsində Kamil Vəlini ölkədə biabır edəcək faktlar yetərincədir. Odur ki, "alim" təmsil olunduğu düşərgənin xəyanətlərindən yazsa, daha yaxşı olar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53