Qeydiyyatsız evlər nə vaxt sənədləşdiriləcək?
11:53 04-05-2012
CƏMİYYƏT
Qeydiyyatsız evlər nə vaxt sənədləşdiriləcək?
Əmlak Məsələləri üzrə Dövlət Komitəsi qeyri-qanuni tikililərlə bağlı hökumətə təkliflər təqdim edib
"Qeydiyyatda olmayan, qeyri-qanuni tikililərin qeydiyyata alınması ilə bağlı müəyyən müzakirələr aparılıb". Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov qeydiyyatda olmayan tikililərlə bağlı təkliflərin artıq hökümətə təqdim edildiyini bildirib.
"Əmlak komitəsi olaraq bizdə öz təkliflərimizi artıq hökumətə təqdim etmişik. Hansı qərar qəbul olunacaqsa, biz də komitə olaraq o qərara uyğun olaraq öz işimizi aparacağıq".
Qeyd edək ki, dünən "Əmlak İdarəçiliyi və Qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı" mövzusunda içtimai təqdimat keçirilib. Məqsəd daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, hərracların keçirilməsi prosesində şəffaflığın və etibarlılığın daha da artırılması, bu sahədə vətəndaşları və biznes qurumlarını müasir standartlara uyğun elektron xidmətlərin göstərilməsi barədə məlumatlandırmaqdır.
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22