Depressiv xəstələrin psixi fəaliyyətinin xüsusiyyətləri
10:39 24-09-2014
İQTİSADİYYAT
Depressiv xəstələrin psixi fəaliyyətinin xüsusiyyətləri
Qloballaşan dünyamızın bəlalarından biri olan depressiya son zamanlar daha da geniş yayilmaqdadır. Mutsuzluq virusu təbəqəsindən, irqindən, inancindan, cinsiyyətindən asılı olmadan millonlarla insanın həyatını zəhərləyərək, onların yaşam həvəsini yox etmişdir.
Depressiya bütövlükdə insan orqanizminə, əhval ruhiyyəsinə və psixikasına təsir edən xəstəlikdir. Qırx yaşından yuxarı olan insanların on nəfərdən birində depressiv hallar aşkarlanır və bunlarin üçdə ikisi qadınlardır. Altmış beş yaşdan yuxari olan şəxslər arasında depressiyaya uç dəfə artıq rast gəlinir.
Proqnozlara əsasən artıq 2020-ci ildə planetin əhalisinin əlilləşməsinin aparıcı səbəbi psixi xəstəliklər olacaq, və bu xəstəlikdən ikincisi (işemik xəstelikdən sonra) məhz depressiyadir. Cəmi 24 il öncə, Harvard Səhiyyə məktəbinin, Ümümdünya Səhiyyə Təşkilatının və Dunya Bankının analitik hesablamalarına görə depressiya 4-cü yerde dururdu. Hal hazirda ömründə bir dəfə də olsa depressiv hal yaşayanlar 30% təşkil etsə də, proqnozlara görə XXI əsrin sonlarında, planetin avropa populyasiyasında bu kimi "epizodların" yaranması yüz faiz olacaqdır.
Depressiya psixi pozuntu olsa da , o heç vaxt zəminsiz yaranmır. Depressiya əslində normal, təbii olan qəm, kədər, iztirab kimi affektlərin patoloji güclənməsidir. Affektin güclənməsi müxtelif nəticələr yaradır, hansılarıki adi affekt öz özlüyündə yarada bilməzdi. Digər tərəfdən hər bir affekt psixikada baş verən proseslərin inteqral ifadəsi olsa da, təklikdə , sərbəst yarana bilmir və muxtəlif emosional hallar zamanı intensivliyini dəyişir. Başqa sözlə desək kədər, qəm, dərd, iztirab affekti psixikanın muxtəlif strukturlarının qarşılıqlı təsirindən yaranır və fərdin psixologiyasında müəyyən yer tutur.
Nə qədər boş və mənasız görünsə belə psixikada baş verən heç bir hal təsadüfi ve lazımsız deyildir. Hər bir affekt bütöv orqanizm baxımınnan müəyyən vacib funksiyanı yerinə yetirir. Doğrudur, bir çox halda affekt uzandıqda, onun təsiri ağrılı olur. Z. Freyd depressiyanı xəstənin "eqosuna itirilmiş libido obyektinin köçürülməsi" kimi baxırdı. Psixoanaliz baxımından insan, bir tərəfdən libido obyektinin köçürülməsi nəticəsində, enerji itkisinə xaricən cavab verə bilmir , digər tərəfdənsə bu itki onun tərəfindən "eqosunun malik olduğu enerjinin itirilmesi" kimi qebul olunur. K.Abraaxam bu nəzəriyyəyə erkən uşaqlıq dövründə qeyd edilmiş, libodonun oral-sadist mərhələsinin inkişafının infantil travmasıyla ifadə olunan reqressə gətirib çıxarması fikrini əlavə etmişdir. Depressiya müvəqqəti, daimi, vaxtaşırı təzahür edən sıxıntı, ruh düşgünlüyü halıdır. Özünün ve realliğin neqativ qavranılması nəticəsində əsəbi-psixi tonusun azalmasıyla ifadə olunur. Depressiv hallar bir qayda olaraq itki hallarında yaranır: yaxınlarının ölümü, dostluq və yaxud sevgi munasibətlərinin bitməsi ve sairə. Depressiv hallar psixofizioloji pozuntularla (enerji itkisi, əzələ boşluğu), boşluq ve mənasızlıq duyğusuyla, günah, tənhalıq, köməksizlik hissiyle müşaiyət olunur. Depressiv hala keçmişi və hal -hazırki vəziyyəti kədərli, gələcəyisə pessimist dəyərləndirmək səciyyəvidir. Psixi halların təsnifatında psixosomatik hallar (aclıq, susuzluq, cinsi oyanma) və əmək fəaliyyəti prossesində yaranan psixi hallar (yorğunluq, monotonluq halı, apatiya və sairə ) qeyd olunur.
Depressiya zamanı praktiki olaraq butun sferalar - emosional, iradi, intellektual, seksual ve əlbəttə ki, motivasiya sferası əziyyət çəkir ve bu subyektiv olaraq pasiyentin şikayətlərində, obyektiv olaraqsa davranışının dəyişməsində özünü biruzə verir. Depressiya müddətində əhval-ruhiyyənin davamlı olaraq aşağı olması, xəstənin onun uçun əvvəllər maraqlı olan, sevinc ve rahatlıq bəxş eden muxtəlif fəaliyyət və hobbilərə marağın itməsiylə birləşir.
Depressiyadan əziyyət çəkən xəstə, nəinki bu fəaliyyət nəticəsində məmnun olmaq hissini itirir, eyni zamanda da bu fəaliyyətə başlamaq həvəsi, motivasiyasi olmur, fəaliyyətin özünə olan maraqsa laqeydlik və əsəbiliklə əvəz olunur. Bu pozuntular depressiyanin əsas əlamətlərindən birincisidir. Depressiv hallarin butun tiplərində ilkin bioloji motivasiyalarda zərər görür - qida, seksual funksiyaları, yuxu pozulur. Bu pozuntuların derecesi bir qayda olaraq depressiv halın aqğırlığından asılıdır. Ehtiyaclar anadangəlmə ve qazanılmış, əldə edilmiş olur. Birincilər ilkin bioloji xarakter daşıyır, məsələn, qida qəbulu, nəsil artırma, yuxu və s. Digərləri daha mürəkkəb təbiətə malikdirlər. Dərk ətmək, cəmiyyətdə yer tutmaq, özünü reallaşdırmaq yüksək tələbatlara aiddir.
Şüuraltı sferada mövcud olan tələbatlara insanın davranışını formalaşdıran, yeni xaricən muşahidə olunan aktivlik forması olan motivasiya transformalaşır. Motivasiya pozuntularının depressiyalarla əlaqəsi təsadüfi deyildir və müəyyən biokimyəvi əsası vardir: bu pozuntular seratonin, dopamin, noradrenalin kimi beyin monoaminlərinin mubadiləsinin pozulması yaradır.
Nevrotik tip depressiv pozuntularda (ağir stresse depressiv reaksiyaları istisna etməklə) əhval-ruhiyyə bir qayda olaraq tədricən azalır, pessimistik köklənmələr olsa da , onlar suisidal meyillərdən çox uzaqdır, xəstələr çox vaxt axşam saatlarında özlərini pis hiss edirlər. Əhval bir qayda olaraq dəyişir, pasiyentləri güldürmək ve əyləndirmək elə də çətin deyil. Bu zaman pasiyentlərin narahatlıqlarını ve narahatlıqların səbəbini görmək elə də çətin deyil. Hardasa ürəklərinin dərinliyində onlar bu problemin müsbət həll olacağına və ya hər hansısa bir həllə varacağına inanırlar. Nevrotik depressiv pozuntular olan şəxslər nələrləsə maraqlana bilərlər, hərçənd onların maraq dairələri getdikcə kiçilir, ve yaranan maraq tez bir zamanda yox olur. Pasiyentlər əvvəlki maraqlarından həzz almağı yadirğamasalar da, bu həzzin muddəti azalır. Bir qayda olaraq ilk olaraq seksual sfera zərər görür. Bütün bunlar pasiyentlərin prinsipcə həzz ala bilmədiklərini göstərmir, məsələn onlar həkimlə ünsiyyətdən həzz ala bilərlər. Pasiyentlərin oz xarici görkəminə olan marağın tamamilə itməsi bu halın xarakterik xüsusiyyətidir. Ləngimə prosesslərinin oyanma prosseslərindən üstünlüyü pasiyentin aktivliyində özünü göstərir. Onlar bir qayda olaraq tez yorulur, fəaliyyətə qoşula birmir və hər hansi bir hərəkəti avtomatik yerinə yetirirlər. Bu tip depressiv pozuntularda pasiyentin bir qədər passivliyi gözə çarpır, o yorğun, əzgin görünür. Onlarda müəyyən aktivlik muşahidə olunsa da, bu aktivlik əslində tutma xarakteri daşiyir. Ləngimə və oyanma prossesləri sanki bir- birilə mubarizə aparir. Ləngimə hər dəfə, həmin an olmasa bələ , qalib gəlir. Nevrotik depressiyalar zamanı bele bir fikir yaranır ki, pasiyent özü bilərəkdən pessimist duşuncələrdən başqa neyəsə fikir cəmləşdirmək istəmir.
Siklotim depressiv pozuntularda, bura ağır stressə olan depressiv reaksiyalar da daxildir, əhval ruhiyyə əhəmiyyətli dərəcədə aşağı olur, xüsusən də səhər ve axşam saatlarında, günün ikinci yarısında bu bir qədər yaxşılaşır. Ağlağanlıq anidən başlayır. Xəstələr bu tutmaları bir qayda olaraq nəzarətdə saxlamağa çalışsalar da bu mümkün olmur. Pasiyentlər suisidal meyilli ifadələr işlədir, həyat onlara ağırlıq edir, sağalmaq istəmir və yaxşılaşmağa ümidləri olmur. Bu tip pasiyentlərin həyəcanı yüksək olsa da , bu həyəcanın predmeti olmadığından hiss olunmur. Maraq spektri narahatlıq tematikasıyla kifayətlənir, hətta ətrafdakı insanlar öz sevinc və maraqlarını aktiv bildirəndə belə, bu xəstələr öz neytrallıqlarını, passivliyini qoruyur. Həzz itkisi hissi ən geniş qatları əhatə edir: qida oz dadını itirir, dunya "boz rəngdə görünür" və s. Angedoniya əzaba çevrilir, pasiyent daim özünü "normal insanlarla" muqayisə edir, "normal insanların" nəyəsə sevinmələrinə, ümid etmələrinə təəccüb edirlər. Butun bunlar pasiyentlərdə elə bir fikir yaradır ki, onlar artıq heç nəyə yaramır, cox dəyişib özlərinə bənzəmir ve "normal insanlardan" seçilirlər. Siklotim depressiyalı pasiyentlərin passivliyində bağlılıq cizgiləri yaranır, pozasını gec dəyişir, mimikası kasıb və eyni olur. Onun çətin hərəkət etdiyini, bir sual üzərində çox düşündüyünü muşahidə etmək olur. Belə pasiyentlər tez- tez yorğunluqdan şikayət edir, həyatdan yorulduqlarını, "hər şeyin onların üzərinə gəlməsi", "gücüm yoxdur, tükəndim" kimi ifadələr istifadə edirlər. Onlar söhbətdən, TV verilişlərindən, oxumaqdan tez yorulur, söhbətin məzmununu dərk edə bilmir və s. Bunun səbəbinin yorğunluq olduğunu düşünmək yanlışlıq olardı. Əslində burda ləngimə prosseslərinin intensivləşdiyindən pasiyentdə zəruri dominantın formalaşmasında və saxlanmasında faktiki çətinlik yaranır, bu da məqsədyönlü fəaliyyəti çətinləşdirir. Bununla bərabər siklotim depressiya zamanı pasiyentlə musahibə aparmaq həkim ücün cetinleşir.Cünki hər dəfə vaxtaşırı "sönən" pasiyenti "oyatmaq" lazım gəlir.
Psixotik depressiv pozuntularda əhval ruhiyyənin aşağı düşməsi, bir qayda olaraq, məhz düşgünlüklə özünü biruzə verir." Bununla belə xəstələr öz əhvallarının aşağı olduğunu hesab etmir, sadəcə ümidsiz və mənasız mövcudluğun fonunda bunun aktual olacağını düşünmürlər. Pasiyentler həyəcanı daxili gərginliklərin ifadəsi kimi hiss edirlər. Üzlərində iztirab ifadəsi, ağız kənarları sallanmış, alınlarında xarakterik qat, qamətləri əyilmiş, başları aşaği tikilmiş olur. Suisidal niyyətlər tamamilə aydin, maraq hissi hər hansı bir fəaliyyətdən tamamilə imtina edəcək həddə belə yox olur.
Pasiyentlərin soylədikləri fikirlər qorxulu seslenir, neylese maraqlanmağın ve həzz almağın necə mümkün olduğuna təəccüb edirlər. Onlara əvvəllər maraqlı olan və həzz yaşada bilən hər şey mənasız, absurd, axmaq görünür. Bununla bərabər xəstə təhlile nəinki pasiyentin hal hazırkı durumu və gələcəyi, hətta keçmişi belə məruz qalır.O iddia edə bilər ki, ömründə heç vaxt maraq və həzz hisslərini yaşamayıb.
Samirə Abdullayeva
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53