Oqtay Şirəliyevlə Arif Əsgərovun idarələrində yoxlama
10:40 24-09-2014
İQTİSADİYYAT
Oqtay Şirəliyevlə Arif Əsgərovun idarələrində yoxlama
Hesablama Palatasının təftişi zamanı nələr ortaya çıxdı?
Hesablama Palatasının Kollegiya iclası keçirilib. Qurumdan verilən məlumata görə, Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" üzrə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyinə səhiyyə obyektlərinin tikintisinə və təmirinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Arif Əsgərovun sədri olduğu "Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar xidmətinə ayrılan vəsaitlərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Arxeoloji və Etnoqrafiya İnstitutuna dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında, eyni zamanda, Ağsu rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından sosial infrastruktur layihələrə, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Sabunçu rayon Əhalinin Sosial MüdafiəsiMərkəzinə, həmçinin dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Hidrometeorologiya İdarəsinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramı müzakirə edilərək təsdiq olunub.
Bu xəbərdə diqqətçəkən məqam Oqtay Şirəliyevin nazirliyində və Arif Əsgərovun rəhbərlik etdiyi QSC-nin tabeliyindəki müəssisədə aparılan yoxlamanın nəticələridir. Hesablama Palatası həmin nəticələr barədə heç bir ipucu verməsə də dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edildikdən sonra müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi müəyyən şübhələrə yol açır.
İstisna deyil ki, "müvafiq zəruri tədbirlər görülməsi" ehtiyacı yoxlamalar zamanı müəyyən nöqsanların ortaya çıxmasından yaranıb. Hər halda bu barədə bəri başdan qəti fikir söyləmək çətindir.
Ona görə də istisna deyil ki, qarşıdakı dövrdə Hesablama Palatasının hər iki yoxlaması ilə bağlı daha detallı bilgilər əldə etmək mümkün olacaq. Məhz bundan sonra yaranan şübhələrin haqsız, yoxsa haqlı olduğunu söyləmək asanlaşacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53