İdarəetmə sistemində islahatlar
10:47 24-09-2014
SİYASƏT
İdarəetmə sistemində islahatlar
Bu islahatlar insan hüquq və azadlıqlarının qorunması deməkdir
Bu gün insan hüquq və azadlıqlarının qorunması üçün sözsüz ki, dövlət sturkturlarının formalaşması, islahatların həyata keçirilməsinə böyük ehtiyac var. Maraqlıdır , bəs Azərbaycanda idarəetmə sistemində islahatlar lazımi şəkildə həyata keçirilirmi? Gəlin öncəliklə Azərbaycan dövlətçiliyinin formalaşma tarixinə diqqət yetirək. 1990-ci illərdə dünyada baş verən iqtisadi və siyasi dəyişikliklər içərisində ən önəmlisi Sovet İttifaqının (SSRİ) dağılması olmuşdur. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə bölgədə yeni dövr başlamışdır.
Sovet İttifaqının dünyada geniş coğrafi ərazini əhatə edən və daxilində bir çox kütləni birləşdirən bir dövlət olması, burada olan dəyişikliklər bütün dünyaya yaxından təsir etmişdir. Azərbaycan Respublikası müstəqilliyi əldə etdikdən sonra istər-istəməz bütün sahələrdə və o cümlədən dövlət idarəçiliyində də islahatlar həyata keçirmək məcburiyyətində qalmışdır.Bununla bağlı siyasi elmlər üzrə filosof Murtəza Həsənov maraqlı fikirlər səsləndirmişdi:"Bu gün dövlət idarəçiliyində modernləşmə, milli dövlət qurmaq konsepsiyasının əsas hədəflərindən biri səmərəli dövlət idarəçilik sistemini formalaşdırmaqdan ibarətdir. Müstəqillikdən sonra Respublika əvvəllər üzləşmədiyi siyasi, iqtisadi, institusion, hüquqi və psixoloji problemlərlə qarşılaşmasına baxmayaraq bu problemlərin həlli nəticəsində əldə olunan siyasi, iqtisadi və dövlət idarəçiliyi sahəsindəki nailiyyətlərlə səmərəli milli inkişaf modelini formalaşdırmışdır. Dövlətin fəaliyyətinin iqtisadi, siyasi əsasları və hüquqi təminatının səmərəlilik göstəricilərindən asılı olaraq onun dövlət idarəçilik sistemi formalaşır. Bu prosesdə hər bir ölkənin idarəçilik sisteminin onun tarixi və mədəni inkişafının məhsulu olması həqiqətini də unutmaq olmaz.
Azərbaycan Respublikası müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirir. Aparılan islahatların əsas məqsədi səmərəli idarəçilik sisteminin formalaşdırılması, demokratik dövlətin əsas prinsiplərinin, vətəndaş cəmiyyəti elementlərinin, bazar iqtisadiyyatının, hüquqi dövlətin əsas dayaqlarının qurulması prosesinin sürətləndirilməsindən ibarətdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi dövlət idarəçilik sahəsində də islahatların həyata keçirilməsinə başlanılmışdır. Dövlət quruculuğu və idarəetməsi sahəsində islahatların əsası 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıdışından sonra reallaşmağa başlamışdır. İqtisadiyyatı dağıntıya məruz qalmış, sosial-siyasi həyatını qeyri-stabilliyin bürüdüyü ölkənin rəhbərliyinə yenicə qayıtmış Ulu öndər ölkəni hiper inflyasiyadan, total ictimai-siyasi və sosial böhrandan, xaosdan xilas etmiş, siyasi, makroiqtisadi, makromaliyyə stabilliyinin və dinamik sosial-iqtisadi inkişafın bünövrəsini qoymuşdur. Stabilləşdirmə, islahatlar, dünya iqtisadi inteqrasiyasına qoşulma, sosial-iqtisadi inkişaf, xalqın rifahının yüksəldilməsi Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyasının başlıca konturlarını təşkil edirdi. Ümummilli lider Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır".
Hal-hazırda 23 ildir ki, Azərbaycan müstəqil dövlət olaraq fəaliyət göstərməkdədir. Geridə qalan 23 il ərzində çox sayda çətin yollardan keçmişdir. Azərbaycan Respublikası ümumilikdə kosmopolitan əraziyə malikdir (yəni ki, burda çox sayda irqlər və milli köklər yaşayırlar). Azərbaycanda sülhün olması, ümumilikdə Qafqazda sülh və əminamanlığın olması deməkdir .
Müstəqillik əldə etməklə birlikdə Azərbaycanda milli dövlət quruculuğu prosesi başladı. Kod adı keçid dövrü və milli dövlət quruculuğu olan dövlət idarəçiliyində islahatlar bir tərəfdən əyalətədən milli dövlətə çevrilməyi, digər tərəfdən isə müasir dünya standartlarına yaxınlaşma ilə xarakterizə olunur. Dövlət idarəçiliyində islahatlarda məxsusilə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1995-ci ildə yeni konstitutusiyanın qəbulu ilə yeni mərhələ açılmış və 1998-ci ildə müvafiq sahədə islahatlar üzrə komissiyanın qurulması ilə daha da sürətlənmişdir. Ölkədə dövlət idarəçiliyinin strukturunda, maliyyə əsaslarında, normativ bazasında, kadr hazırlığı sistemidə, dövlət qulluğunda və s. sahələrdə mühüm adımlar atılmışdır. Hal-hazırda da bu proses davam etməkdədir. Azərbaycanda dövlət idarəçiliyində islahatların müxtəlif problemlərinin olmasına baxmayaraq, qətiyyətlə beynəlxalq təşkilatla əməkdaşlıq yolu ilə ölkə digər sahələrdə olduğu kimi bu sahədə də irəli gedir. Gəlin yenə Murtəza Həsənovun fikirlərinə diqqət ayıraq:"Prezident İlham Əliyev ulu öndərimizin idarəçilik irsindən maksimum bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə təkan vermiş, onu müasir tələblər səviyyəsinə qaldırmışdır. Ötən illər ərzində xalqımız bir daha əmin oldu ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin simasında Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan qüdrətli liderinə qovuşub, öz firavan gələcəyini təmin edib. Son 10 il ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
İslahat anlayışı dövlət anlayışı qədər qədimdir (təxminən e.ə. III minillik). Bunu öyrənmək üçün çoxlu sayda tarixi mənbələr vardır. Azərbaycan ədəbiyyatındakı vəsiyətnamələr, divannamələr, siyasətnamələr, risalələr və s. bu qəbildən olan mənbələrdir. İdarəetmədə islahatlara tək bir elmi anlayış vermək mümkün deyil.
Keçən əsrin ortalarından etibarən dövlət idarəçiliyi (Public Administration) anlayışının genişlənməsinə paralel olaraq milli dövlətlərin qurulması, qloballaşma, qloballaşmanın milli dövlətlər üzərindəki təsirləri, qloballaşma və dövlət idarəçiliyində islahatlar dövlət idarəçiliyinin elmi problemi olaraq diqqətini cəlb etmişdir.
Demokratik dövlətin əsas prinsiplərinin, vətəndaş cəmiyyəti elementlərinin, bazar iqtisadiyyatının, xüsusilə Avropa siyasi məkanına inteqrasiyanı nəzərdə tutan balanslaşmış xarici siyasət, hüquqi dövlətin əsas dayaqlarının qurulması, yeni məlumatların və siyasi plüralizmin inkişafı və milli ideologiya olaraq-Azərbaycançılıq düşüncəsinin inkişafı yolu adlanır.
Müstəqil Azərbaycanın ilk Konstitutusiyası 12 noyabr 1995-ci il tarixində referendum yolu ilə qəbul edilmiş və 27 Noyabr 1995-ci il tarixində qüvvəyə minmişdir. Azərbaycan xalqının çoxəsirlik dövlətçilik ənənələrini və müstəqillik haqqında Konstitutusiya Aktında müəyyən edilmiş prinsiplərə əsaslanan altı niyyət bəyan edilmişdir. Bu niyyətlər sırasında demokratik quruluş, hüquqi, bəşəri dövlət, ədalətli iqtisadi və sosial qaydalara əsaslanan vətəndaş cəmiyyətini qurmaq da vardır. O cümlədən konstitutusiya ilə Azərbaycan Respublikasının dövlət idarəçiliyi, hakimiyyət qollarının (qüvvələrinin) ayrılması, siyasi, iqtisadi sistemin və dövlətin əsasları müəyyən edilmişdir ki, bunlar və onların həyata keçirilməsi islahat tələb edirdi.
Bu səbəbdən də 29 dekabr 1998-ci il tarixində ümummilli liderimiz Heydər Əliyev "Azərbaycan Respublikasının dövlət idarəçilik sistemində islahatlar üzrə Dövlət Komissiyasının qurulması haqqında" fərman verdi. Komissiyanın tərkibində müntəzəm fəaliyyət göstərən 4 istiqamət də işçi qrupu formalaşdırıldı və bu qruplara mütəxəssislər, yüksək vəzifəli dövlət qulluqçuları üzv edildi. Bu istiqamətlər; 1) dövlət xərclərinin idarəolunması sisteminin yenidən qurulması, 2) Maliyyə təftiş sisteminin islahatı, 3) dövlət idarəçilik sisteminin islahatı və 4) hüquq və məhkəmə sisteminin islahatı.
Əsilində 1998-ci ildən etibarən ölkədə dövlət idarəçiliyi adına həyata keçirilmiş bütün islahatlar bu komissiyadan çıxmış və onun baxışlarına əsaslanan dövlət idarəçilik sisteminin quruculuğu prosesi başlamışdır.
Dövlət strategiyalarının inkişaf etdirilməsi və yerinə yetirilməsi üçün əsas vasitə səmərəli, cavabdeh, şəffaf və məsul dövlət qulluğudur. Sakinlərin (vətəndaşlar) rifahı üçün vacib olan səhiyyə, təhsil və digər sosial xidmətlərin yerinə yetirilməsində dövlət qulluğu əsas rola sahibdir. Milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması, dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın, hesabatlılığın gücləndirilməsi, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi və dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçularından formalaşdırılması islahatın əsas istiqamətlərini təşkil etmişdir. Dövlət idarəçiliyində səmərə və effektivlik gücünü artırmaq, e-hökumətin tətbiqinə başlanması istiqamətində Elekton İmza, Elektron Sənəd və Elektron Ticarət qanunları qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2003-cü il fevralın 17-də 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)", 2010-2012-ci illəri əhatə edən "e-hökumət" Dövlət Proqramı, "e-hökumət"in formalaşdırılması üçün Fəaliyyət Planı və "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il fərmanı yaxın illər ərzində görüləcək işlərin ümumi xəttini müəyyənləşdirir. E-dövlətin tələblərindən irəli gələrək vətəndaşlar, biznes qurumlar, ictimai təşkilatlar ilə əlaqələrində daha da şəffaf və hesabat təqdim edən olması, sadə və münasib üsüllarla münasibətlərin təşkilinin təmin edilməsi üçün geniş şəkildə elektron xidmətlərin tətbiq edilməsi həyata keçirilirməkdədir". Bütün bunlar da dövlət idarəçiliyində şəffaflığın və bürokratik əngəllərin aradan qaldırılmasına xidmət edir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35