Ermənistan boşalmaqdadır
15:34 25-09-2014
İQTİSADİYYAT
Ermənistan boşalmaqdadır
Erməni lobbisi isə Ermənistandan imtina etdi
Ermənistanda sosial durum get-gedə ağırlaşır və buna görə də Ermənistandan kütləvi köç başlayıb. Əsasən Rusiyaya sığınan ermənilər, həm də Türkiyəyə maraq göstərməyə başlayıblar. Rəsmi şəkildə Türkiyəyə nə qədər erməninin köç etdiyi bilinməsə də aydın olan budur ki, hazırda 30 min erməni Türkiyədə qeyri-qanuni yaşayır.
Bununla bağlı açıqlama verən Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ermənilərin köçü davam edir və onlar Türkiyədə xırda bizneslə məşğuldurlar. Bundan başqa son zamanlar erməni ailələri Gürcüstana da köç etməyə başlayıblar. Turizm mərkəzi kimi tanınan Batumidə xırda bizneslə məşğul olanların böyük əksəriyyəti məhz ermənilərdir. Ermənistanın boşalması ilə bağlı maraqlı açıqlama bu dəfə Azərbaycandan gəldi.
"Ermənilər Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmayıblar. Ermənistanda Sərkisyan-Köçəryan rejiminin sonu gələcək".
Bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov deyib ki, hər il Ermənistanı 150-170 min nəfər tərk edir, digər tərəfdən, təbii artım azalır. Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq".
Onun sözlərinə görə, Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev 9 dəfə doğma torpaqlarına baş çəkməyə gediblər: "İki nəfər torpağını sevən, qəhrəman azərbaycanlının Kəlbəcərə getməsindən sonra orada məskunlaşan ermənilərin 60-70 faizi qaçmağa başlamışdı. Ermənistanın müdafiə naziri bunu etiraf etmişdi. Sonra iddia etməyə başladı ki, bunun qarşısının alınmasına başlanıb".
Ə.Həsənov bildirib ki, D. Əsgərov və Ş. Quliyevə qarşı açılan cinayət işləri əsassızdır: "Azərbaycan torpaqlarının işğalında iştirak edən ermənilərdən biri bu yaxınlarda demişdi ki, Dilqəm və Şahbazı niyə sağ saxlayıblar, onları yerində güllələmək lazım idi. Ermənilər budur. Beynəlxalq təşkilatlar etimaddan danışır. Kimin etimadını qazanmalıyıq? Azərbaycan xalqı ermənilərə etibarını yüz illərlə göstərib. Azərbaycan Prezidentinin gördüyü işlər çoxlarını qıcıqlandırır, paxıllıq edirlər. Bugünkü dünya budur. Prezident neft kapitalını insan kapitalına çevirirsə, niyə paxıllıq edirlər? Başqaları nə işlə məşğuldurlar? Koalisiya, başqa şeylər yaradırlar, harada sabitliyi bərpa ediblər? Əfqanıstanda, İraqda, harada sabitlik yaradıblar? Bunların insan haqları, demokratiyası budur. Azərbaycan xalqının bir inam yeri var, o da prezident İlham Əliyevdir". Bunu da qeyd edək ki, Ermənistan prezidenti ermənilərin köç etməsinin qarşısını almaq üçün artıq Rusiya ilə danışıqlara başlayıb. Vəziyyətin get-gedə gərginləşməsinin başqa səbəbi isə erməni lobbisi ilə bağlıdır. Hər zaman erməni lobbisi ildə bir neçə dəfə marafonlar təşkil etməklə Ermənistana milyonlarla dollar pul göndərirdilər. Amma artıq bu ənənə sıradan çıxıb. Belə ki, erməni lobbisinin aparıcı simaları bəyan ediblər ki, Ermənistan üçün yığdıqları pulları hakimiyyət mənimsəyir və bu səbəbdən korrupsiya baş alıb gedir. Bununla bağlı tanınmış müğənni Şarl Aznavur açıq şəkildə bildirdi ki, Ermənistan rəhbərliyi ermənilərə qarşı soyqırım törədir. Büdcə talanır, yığılan pullar hakimiyyət tərəfindən mənimsənilir. Məhz buna görə də o artıq Ermənistana heç bir şəkildə dəstək olmayacağını bildirdi. Bu arada aydın oldu ki, Ermənistandakı strateji müəssisələrin əksəriyyəti ermənilərin əlindən çıxıb. Belə ki, Rusiya Ermənistanda mövcud olan iri sənaye zavodlarını alıb və istədiyi şəkildə idarə edir. Bu isə Ermənistanda işsizlik problemini daha da artırır. Bu arada aydın olub ki, Ermənistanda enerjinin qiymətini qaldırmalı olacaqlar. Bu isə indidən əhali arasında çaşqınlıq yaradıb və ekspertlər hesab edir ki, sosial durum bir azda ağırlaşarsa köç prosesi daha da sürətlənəcək. Bunu da yada salaq ki, Azərbaycanla sərhəd bölgələrində mövcud olan yaşayış məntəqələri tam boşalmaq üzrədir. Erməni vətəndaşlar bildiriblər ki, onların təhlükəsizliyinə heç kim qarant vermir və orduya inan tam itib.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53