Klod Salhani: "Azərbaycanın geosiyasi əhəmiyyəti"
15:35 25-09-2014
CƏMİYYƏT
Klod Salhani: "Azərbaycanın geosiyasi əhəmiyyəti"
Trend-in İngilis xəbərlər xidmətinin baş redaktoru Klod Salhaninin Oil Price.com saytında dərc olunmuş məqaləsi Azərbaycanın dünyada dəyişən geosiyasi vəziyyətlə bağlı roluna həsr olunub.
Oxuculara həmin məqaləni təqdim edirik:
Yaxın Şərq tarixi ərzində ərəblərin özünün təhrik etdiyi, miqyasına görə tayı-bərabəri olmayan qəddarlıq və dağıntıların baş verdiyi ən pis zorakılıq dövrünü yaşayır. Bizim neft-qaz yataqlarının bombardman edilməsi taktikasının şahidi olmağımız vaxt məsələsidir, özü də qısa vaxt məsələsidir.
Münaqişəyə cəlb edilmiş dövlətlərin infrastrukturunu dağıtmaq üçün böyük səylər tələb olunmayacaq. Vacib neft-qaz gəlirləri olmadan tezliklə region ölkələrindən xatirələrdən başqa heç nə qalmayacaq. Qəzza sektorunu hətta iri miqyasda təsəvvür edin...
Hazırda Suriya və İraqın neft sənayesi böyük təhlükədədir, çünki "İslam Dövləti"nin nəzarət etdiyi rayonlarda şiddətli döyüşlər gedir. Qərb şirkətləri hesab edir ki, İraqda biznes fəaliyyəti göstərmək həddən artıq təhlükəlidir. Az neft ehtiyatlarına malik Suriya isə terrorizmi dəstəklədiyinə görə artıq ABŞ və Qərbi Avropanın sanksiyalarından ziyan görüb.
Bu amilləri nəzərə almaqla, Cənubi Qafqazın neftlə zəngin ölkəsi Azərbaycan tezliklə çox vacib geosiyasi rol oynaya bilər. Sabit Azərbaycan soyuq qış dövründə Avropanı istiliklə təmin edə biləcək neft və təbii qazın potensial təhlükəsiz mənbəyindən daha çox şey deməkdir. Əhalisinin əksəriyyəti şiə müsəlmanı olan və bununla belə dünyəvi dövlət olan bu keçmiş Sovet ölkəsi getdikcə üzərinə daha önəmli rol götürür. Bu ölkə Qərbə qarşı xeyirxahdır, lakin Şərqin problemlərini də anlayır.
Fars körfəzinin neft və qaz hasil edən bəzi ölkələri istisna olmaqla, Yaxın Şərqdəki digər ölkələr ağır vəziyyətdədirlər. Suriya və İraqda hazırda gedən vətəndaş müharibəsi, eləcə də Yəmən və Liviyadakı münaqişələr səbəbindən həmin ölkələrin özlərinə gəlməsi onilliklər tələb edir.
Ərəb dünyası ilə qovuşuqda yerləşən Azərbaycan önəmli rol oynaya bilər. Azərbaycan regionda mövcud şəbəkələr və ya tikilməkdə olan boru kəmərləri vasitəsilə neft-qazını satmaqla regionda vəziyyəti sabitləşdirə bilər.
Azərbaycan mötədil müsəlmanları yaradılan demokratiyanın ağuşuna atmaqla Qərb və Şərq arasında körpü olmağa kömək edə bilər. Bu, məhz Türkiyənin oynamalı olduğu rol idi, lakin o bunu edə bilmədi. Bunun əvəzində isə ümidsizlikdən Şərqə yaxınlaşdı və Qərbdən daha da uzaqlaşdı.
Azərbaycan İsraillə təkcə səmimi əlaqələri olan deyil, həm də bu ölkə ilə bir sıra, o cümlədən hərbi sahədə əməkdaşlıq haqqında bir çox sazişlər imzalayan azsyalı müsəlman ölkələrindəndir. Azərbaycanın cənub qonşusu İranla olduqca yaxşı münasibətləri var, hərçənd ölkənin xüsusi xidmət orqanları vaxtaşırı İsrailə qarşı yönəldilmiş terrorun üstünü açırlar və çoxsaylı həbslər olur. Hamısı da olmasa, onların əksəriyyəti iranlılar olur.
Rəsmi Bakı ABŞ ilə gözəl münasibətlər saxlayır və amerikalıları burada səmimi qəlbdən qəbul edirlər. Eyni zamanda, Bakının Moskva ilə yaxşı münasibətləri var.
Azərbaycan Prezidenti İlham Əliyev bu günədək "qızıl orta"nı tapmaq kimi qeyri-adi bacarığını nümayiş etdirərək ərəb dünyası, Türkiyə, İran, ABŞ, Rusiya və İsraillə dostluq münasibətlərini saxlayır. Tezliklə bu bacarığa tələbat arta bilər.
Digər Xəbərlər
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26
2024-11-26 15:27:20
2024-11-26 15:16:14
2024-11-26 15:07:43
2024-11-26 15:01:00
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20