Əli Həsənov: "Xədicə İsmayılova məsələsi bizim təmiz kostyumumuza yapışmış bir saqqızdır"
14:35 05-05-2012
CƏMİYYƏT
Əli Həsənov: "Xədicə İsmayılova
məsələsi bizim təmiz kostyumumuza yapışmış bir saqqızdır"
"Təəssüflər olsun ki, jurnalist İdrak Abbasov təxribatlara görə Qərbdə belə mükafata layiq görülüb"
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Cenevrədə Avropa Teleradio Yayım Şurasının insan haqları təşkilatları və rəsmilər üçün keçirdiyi seminarda iştirak edib. Dövlət məmuru həm də BBC-ə müsahibə verib.
O bildirb ki, Qərbdə yayılan şayiələrə baxmayaraq "Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisi Kristof Strasser Azərbaycana öz işini görməyə gəlmir, öz siyasətini planlaşdırmağa gəlir. Hal-hazırda onun Almaniyadakı fəaliyyəti, Eurovision ilə bağlı etdiyi çağırışlar, boykot çağırışları onu göstərir ki, bu insan Avropa Şurasının prinsiplərinə uyğun fəaliyyət göstərmir, qeyri-konstruktivdir və onun fəaliyyəti gələcək seçki platformasının Almaniyada insan hüquqları çərçivəsində, kölgəsində formalaşdıraraq özünə xal yığmaqdır. Hətta buna baxmayaraq belə, Azərbaycan hökuməti onun Azərbaycana gəlməsinə etiraz etmədi və bu barədə ona xəbər verdi. Lakin Ştrasserin Azərbaycana hansı statusla gəlməsi məsələsi Azərbaycan hakimiyyətilə onun arasında və şəxsən onu təmsil edən Avropa Şurası arasında mübahisə olaraq qalmaqdadır.
Əli Həsənovun sözlərinə görə, "Azərbaycan hakimiyyəti hesab edir ki, cənab Ştrasser hazırlayacağı məruzəni elə Strasburqdan da hazırlaya bilər. Bütün müdafiə və mühafizə təşkilatlarının rəyləri onda var. 14 məhbusun bütün məsələləri incələnibdir, onun stolunun üstündədir. Ona görə də, Azərbaycanda istənilən adamla o görüşübdür, artıq rəyini də formalaşdırıb, məruzəsini də demək olar ki, hazırlayıb. Ona görə də, onun Azərbaycana gəlişi sadəcə olaraq referans göstərməkdən başqa bir şey deyil".
Rəsminin iddiasına görə, "Jurnalist İdrak Abbasov təzyiqə məruz qalandan təxminən dörd saat sonra Prezident Administrasiyasının şöbə müdiri kimi mən bəyanat vermişəm, hadisəni pisləmişəm. Baxa bilərsiniz "Salamnews" informasiya agentliyinə, onun arxasınca APA-ya, onun arxasınca "Trend" informasiya agentliyinə. Hər birinin arxivinə girsəniz, təxminən cəmi iki saatdan sonra bəyanat ora çıxıbdır, hakimiyyət onu pisləyibdir, İdrak Abbasov və onun kimi jurnalistləri də dəvət edib ki, belə qarşıdurmalarda, köçürmələrdə, ev sökmələrində kənarda dayansınlar, jurnalist fərqləndirici geyimi geysinlər və münaqişə tərəflərinin içərisinə girib özlərini belə təzyiq qarşısında qoymasınlar.
Şöbə müdrinin fikrincə, "İdrak Abbasov təxribatlara görə Qərbdə belə mükafata layiq görülüb. Ondan qabaq beş dəfə belə hadisələr baş verib. Ona görə də, bu hadisələrin hamısı, biz düşünürük ki, müəyyən mənada düşünülmüşdür, məqsədyönlüdür. İdrak Abbasov məhz o sahəyə gedir ki, orada bilir ki, ona qarşı təzyiq olacaq, ona qarşı hansısa qeyri-qanuni əməllər olacaq. İdrak Abbasov o reportajı, mən münasibətimdə də açıqlamışam, beş-on metr kənardan da durub apara bilərdi. Məcbur deyildi ki, məhz münaqişə edən insanların arasına girsin".
Əli Həsənov Xədicə İsmayılova ilə bağlı qalmaqala toxunaraq deyib: "Xədicə xanımla baş verən hadisəni biz pisləyirik. Bu, Azərbaycan dövlətinə ən çox ziyan vuran hallardan biridir. Biz hesab edirik ki, bu, bizim təmiz kostyumumuza yapışmış bir saqqızdır və biz onun ləkəsindən qurtarmalıyıq. Amma Xədicə xanımın evinə kameranın yerləşdirilməsilə bağlı istintaq davam edir. Müxtəlif qüvvələr ola bilər. O cümlədən Azərbaycan dövlətinin imicinə zərbə vurmaq istəyən qüvvələr bu sırada ola bilər. "Azadlıq" radiosunun fəaliyyətilə razılaşmayan daxili-xarici qüvvələr, kəşfiyyat orqanları və yaxud da o evə gələn ayrı-ayrı insanlar ola bilər".
Məmur Bakıda evlərin sökülməsi və əvəzində az pul ödənilməsi məsələsinə də münasibət bildirib:
"Biz hesab edirik ki, bu ədalətli qiymətdir. Komissiya işləyib, o qiyməti müəyyən edib. O, insanların hər biri 1500 manata ev almaq istəyirsə gəlsin, prezident aparatının şöbə müdiri kimi Əli Həsənov evini satır. Və 1300-ə satasıyam".
Şakir
Digər Xəbərlər
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22