Asiya Universitetinə qarşı ittiham
15:42 25-09-2014
CƏMİYYƏT
Asiya Universitetinə qarşı ittiham
Bu ali məktəbə köçürülməli olan İctimai-Siyasi Universitetin tələbələri hansı problemlə qarşılaşıb?
Azərbaycan İctimai-Siyasi Universitetindən Asiya Universitetinə köçürülən tələbələr yeni ali məktəbdə problemlə qarşılaşıblar. Bu barədə virtualaz.org saytına həmin universitetdə təhsil alan tələbələr məlumat veriblər.
Tələbələrin sözlərinə görə, Təhsil Nazirliyi İctimai-Siyasi Universitetin fəaliyyətini dayandırandan sonra təhsillərini davam etdirmək üçün Asiya Universitetinə keçiblər. Onlara təhsil haqlarını hissə-hissə ödəyə biləcəklərini deyiblər. Lakin sonradan təhsil haqqını birdəfəlik ödəməyən tələbələr dərsdən çıxarılıb. "Sentyabrın 23-də tələbələr dərsdən uzaqlaşdırılıb. Buna görə də valideynlər universitetin rektoru Cəlal Nağıyevin həyat yoldaşı, hazırda dekan vəzifəsini icra edən Rahilə Nağıyeva ilə görüşüblər. Dekan təhsilhaqqı ödənilməyən tələbələrin dərsə buraxılmayacağını deyib. Nəticədə tələbələrdən birinin valideyni ilə dekan arasında mübahisə yaranıb. Dekan valideyni təhqir edib" - deyə tələbələr bildirib.
Tələbələr deyiblər ki, İctimai-Siyasi Universitetindən köçürülən 23 tələbədən yalnız 5-i təhsilhaqqını ödəyə bilib.
Digərləri isə təhsilhaqqının ödənilməsi üçün vaxt istəyib: "Asiya Universitetində illik təhsil haqqı 2300 manatdır. Valideynlər Təhsil Nazirliyinə şikayət edəcəklərini dedilər. Dekan isə "Hara istəyirsiniz, gedin şikayət edin. Ya pulu ödəyin, ya da universiteti tərk edin" -deyə cavab verib. Uşaqlardan biri isə təhsilinin yarımçıq qalacağı təqdirdə intihar edəcəyini söylədi".
virtualaz.org saytı bu deyilənlərə aydınlıq gətirmək üçün Asiya Universiteti ilə əlaqə saxlayıb. Özünü Asiya Universitetinin əməkdaşı kimi təqdim edən, amma adını söyləmək istəməyən şəxsin cavabı belə olub: "Burada nə qarşıdurmaya, nə də mübahisəyə səbəb yoxdur. Universitet özəldir və hər kəs təhsilhaqqını ödəməlidir".
Universitetdən onu da deyiblər ki, dekan valideynləri təhqir etməyib. Lakin tələbələrə təhsil haqlarının ödənilməsi üçün xəbərdarlıq olunub.
Təhsil Nazirliyindən isə məsələyə münasibət bildirməyiblər.
Qeyd edək ki, təhsil nazirinin əmri ilə yaradılan işçi qrup Azərbaycan İctimai-Siyasi Universitetində yoxlama aparıb. Nazirlik universitetə verilən lisenziyanın müddətini uzatmayıb. Çünki universitetdə aparılan araşdırmalar nəticəsində orada tədrisin formal xarakter daşıdığı, kafedraların mövcud qaydalara uyğun təşkil olunmadığı məlum olub.
Bildirək ki, Azərbaycan İctimai-Siyasi Universitetində 566 tələbə təhsil alıb. İşçi komissiyası həmin tələbələri digər ali məktəblərə köçürüb. Nazirlik açıqlamasında köçürülən tələblərin təhsil xərclərinin oxuduqları ali məktəbin təhsil xərcindən yüksək olmayacağını vəd etmişdi.
Aliyə
Digər Xəbərlər
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36